İşçilərin siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 00:13 | Şərh sayı: (0) | Baxılıb: 244
İşçilərin siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir
Azərbaycanda bir sıra qurumların işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi qadağan edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna, "Gömrük orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də əlavələrdə öz əksini tapıb.
Belə ki, daxili işlər, gömrük və prokurorluq orqanları işçilərinin attestasiyası zamanı onların siyasi baxışlarına və etiqadlarına görə qiymət verilməsi qadağan olunacaq. Eyni zamanda, attestasiya zamanı həmin qurumların əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi də qadağan ediləcək.
Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər