Azərbaycan terrorçu vətəndaşlarını "itirəcək" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 18:18 | Şərh sayı: (0) | Baxılıb: 322
Azərbaycan terrorçu vətəndaşlarını "itirəcək"
Konstitusiyanın 53-cü maddəsinə əsasən, kimisə vətəndaşlıqdan məhrum etmək olmaz
Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qeyd edək ki, layihəyə əsasən, Azərbaycan vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilir. Beləliklə, Azərbaycan Respublikasının vətəndaşı terror fəaliyyətində iştirakı və ölkənin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi (3-1), Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Konstitusiyanın 53-cü maddəsinə əsasən, kimisə vətəndaşlıqdan məhrum etmək olmaz və qanun layihəsi müzakirədən çıxarılmalıdır.
Vitse-spiker Z. Əsgərov bildirib ki, Konstitusiyanın 53-cü maddəsinə görə, heç kəs heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz: "Burada da söhbət vətəndaşlıqdan məhrumetmədən getmir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 18-ci maddəsində də vətəndaşlıqdan məhrumetmədən yox, vətəndaşlığı itirmədən söhbət gedir".
Ə. Hüseynli də qeyd edib ki, söhbət vətəndaşlıqdan məhrumetmə yox, vətəndaşlığın itirilməsindən gedir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər