Külək yamanca əsdi, axşam işığı kəsdi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-12-2015, 11:20 | Şərh sayı: (0) | Baxılıb: 630
Külək yamanca əsdi, axşam işığı kəsdi...
Dekabrın 3-dən ölkə ərazisində müşahidə edilən yağışlı-qarlı hava şəraiti ölkənin elektrik enerjisi təsərrüfatına ziyan vurub.
Bu barədə Milli.Az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, dünən axşamdan başlayaraq güclü külək səbəbindən bəzi yerlərdə elektrik enerjisinin hava verilişi xətlərində problem yaranıb. Bu səbəbdən bəzi yaşayış məntəqələrində işıq olmayıb: "Ümumən götürəndə vəziyyət yaxşıdır. Bakının özündə elektrik verilişi ilə bağlı heç bir problem olmayıb, bölgələrdəki şəhərlərdə ciddi problem yaşanmayıb. Amma Bakıətrafı qəsəbələrdə, xüsusən Abşeron rayonun Masazır və Saray qəsəbələrində, eləcə də dağlıq rayonlarda güclü külək, qar və yağış nəticəsində hava xətlərində qırılmalar olub. Bəzi yerlərdə külək hündür ağacları xətlərin üstünə aşırıb. Ona görə də elektrik enerjisinin verilməsində kəsintilər yaranıb".
T.Mustafayev qeyd edib ki, buna baxmayaraq, artıq bəzi yerlərdə işıqla bağlı problemlər aradan qaldırılıb: "Əməkdaşlarımız dünəndən bəri bütün bölgələrdə 24 saat iş başında olublar. "Azərişıq" gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yarana biləcək problemləri dərhal aradan qaldırmaq üçün operativ qruplar növbəli çalışır. Əlavə texnikalar, maşın və mexanizmlər cəlb olunub, ehtiyat hissələri hazırlığı görülüb. Çalışmışıq ki, fəsad yarana bilən yerlərdə əvvəlcədən onların qarşısını alaq, amma alınmayan yerlərdə, xüsusən də küləyin güclü olduğu yerlərdə müəyyən fasilələr yaranıb. Amma əksər yerlərdə elektrik enerjisinin verilişində yaranmış fasilələr aradan qaldırılıb".
"Azərişığ"ın sözçüsü onu da əlavə edib ki, havaların soyuması ilə istiliklə əlaqədar elektrik enerjisinə olan tələbat artsa da, çoxlu yenidənqurma işləri aparıldığından artıq xətlərdə əvvəlki kimi yüklənmə olmayıb və qəzalar baş verməyib.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər