Valideynlər, bunlara diqqət... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 21:56 | Şərh sayı: (0) | Baxılıb: 326
Valideynlər, bunlara diqqət...
Bəzi valideynlər uşağı birinci sinifə qoyarkən ondan yüksək nəticə gözləyirlər. Uşaq, tapşırıqları yerinə yetirə bilmədikdə isə onu diqqətsizlik və savadsızlıqda günahlandırır, bəzən isə çıxış yolunu uşağı kiçik yaşda repetitorlara yönəltməkdə görürlər.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, zəif nəticə göstərən, tapşırıqları qavramaqda çətinlik çəkən birinci sinif şagirdlərinə qarşı valideynlər diqqətli olmalıdır. Valideynin sərt reaksiyası onu tədrisdən daha da uzaqlaşdıra bilər. Nəzərə almaq lazımdır ki, uşaqlar indi hələ məktəbə və dərsə adaptasıya dövrü keçirlər. Bir sıra valideynlər isə onlardan yüksək nailiyyət gözləyirlər. Sinifdəki çalışqan uşaqları ona nümunə göstərirlər.
Uşaqları digər şagirdlərlə müqayisə etmək yaxud qorxutmaq isə ümumiyyətlə yolverilməzdir. Bəzi valideynlər isə uşaqdan yüksək gözləntilərinin qarşılığını görməyəndə tələsik qərar verib onu repetitorlara yönəldirlər.
Mütəxəssislər yalnız müəllimlərin tövsiyəsi əsasında uşaqların hazırlığa cəlb olunmasının tərəfdarıdırlar. Çünki, çox az şagirdin fərdi tədrisə ehtiyacı olur.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər