Xristianlığa keçən müsəlman ailə: dərd, bəla, əzab... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-10-2015, 10:21 | Şərh sayı: (0) | Baxılıb: 307
Xristianlığa keçən müsəlman ailə: dərd, bəla, əzab...
Müsəlmandıq, amma İslamdan imtina edərək xristianlığa keçdik. O vaxtdan problemlərimiz başlayıb. Dərd, bəla, əzab bizi müşayiət edir. Qorxu həyatımızın bir hissəsinə dönüb.
İngiltərənin Bredford şəhərində yaşayan Nissar Hüseyn belə deyir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nissar, arvadı Kübra və 6 övladının yaşadığı evə sürəkli daş atılır, onların avtomobilləri əzilir, hücumlar səngimir.
Hüseyn ailəsi 1996-cı ildə İslamdan imtina edərək xristianlığı qəbul edib.
49 yaşlı Nissar və onun xanımı Kübranın dediklərinə görə, çox qorxurlar.
"Xəstəxanada işləyirdim. Sürəkli təhdidlər və hədə-qorxular aldığım üçün işdən çıxdım. Bundan sonra nə olacaq, bilmirəm", - Nissar Hüseyn deyib.
Polis ailənin şikayəti əsasında araşdırmalara başlayıb.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər