İşləməyən məcburi köçkünlərə verilən maaşla bağlı - QƏRAR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-10-2015, 21:39 | Şərh sayı: (0) | Baxılıb: 402
İşləməyən məcburi köçkünlərə verilən maaşla bağlı - QƏRAR
İşlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əməkhaqqının verilməsi qaydasında dəyişiklik edilib.
Milli.Az publika.az-v istinadən xəbər verir ki, baş nazir Artur Rasizadə "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarında dəyişiklik edilməsilə bağlı qərar verib.
Qərara görə, artıq məcburi köçkünlər pensiya yaşına çatdıqda onlara verilən orta aylıq əməkhaqqı dayandırılacaq.
Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər