Evdə fəaliyyət |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 29-04-2016, 18:42 | Şərh sayı: (0) | Baxılıb: 359
Evdə fəaliyyət
İslam nəzərində qadının ev daxili işləri görməsi vacib deyildir, amma bu iş əxlaqi və ictimai bir vəzifədir ki, bütün qadınlar gərək cismi imkanları dairəsində özünün və ailəsinin asayişi, cəmiyyət və ölkəsinin tərəqqisi yolunda səy etsinlər.
İmam Sadiq (əleyhissalam) buyurur: "Məziyyətli və layiqli qadın odur ki, gözəl ətirli olsun, aşbazlıqda məharətli olub yaxşı xörək bişirsin.”
Qadın gərək ərinin evində təkcə ev daxili işləri öhdəsinə almasın, həm də yaxşı xörəklər bişirsin. Pak qadınlar bilməlidirlər ki, onların ailələri kiçik bir cəmiyyət kimidir, işlərin bölüşdürülməsi proqramının tənzim edilməsində əri ilə çiyin-çiyinə fəaliyyət göstərib müşkülləri aradan qaldırmaqla öz rifahı və tərəqqisinin müqəddiməsini hazırlamalıdır. Bunu da nəzərə almalıdır ki, ərinin fərdi səyləri nə qədər çox olsa da, təklikdə bir yerə çatmaz; əmişə həyat şəraitinin yaxşılaşdırılması və vüsət verilməsi üçün qarşılıqı səyə ehtiyac duyulur. Əks halda fəqirlik, pərişanlıq və ümidsizlik onlara hakim olaraq ailənin şadlığını müxtəlif problemlərlə qarşılaşdıracaqdır.
İmam Sadiq (əleyhissalam) işlərin təbii yolla inkişaf edib irəliləməsinə işarə edərək buyurur: "Bir kəs evdə oturub qapını içəridən bağlayarsa, göydən onun üçün bir şey nazil olarmı?” Yəni hər kəs öz ailəsinin, məişətinin rifahının yüksəlməsini istəyirsə, gərək səy və fəaliyyət etsin.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bütün qadın və kişilərə xitab edərək buyurur: "Fəqirlikdən və yoxsulluqdan Allaha pənah aparın!”
Başqa bir hədisdə Allaha ərz edir ki, "Xudaya, fəqirlikdən, pərişanlıqdan, həmçinin şirk və ilhaddan Sənə pənah aparıram!”
Şəksiz, əgər həyat yoldaşı əri ilə həmkarlıq edərsə, lazımi idarəçiliyə riayət edərsə, fəqirlik aradan qalxacaqdır.
İqtisadi iradəçilk
Yaxşı qadınların xüsusiyyətlərindən biri də iqtisadi tədbirçilik və ərin iqtisadi və maddi imkanları ilə razılaşmasıdır. Qadınlar gərək üstünlük axtarmaq ruhiyyəsini, modabazlığı kənara qoysunlar, ağır həyat xərclərini ərinə qəbul etdirməkdən çəkinsinlər, onların ruhi narahatlıqlarına, pərişanlıqlarına səbəb olmasınlar. Yaxşı qadın o qadındır ki, həyat yoldaşının gəlir və imkanlarını nəzərə alsın, evin xərclərində qənaət etsin və çətin günlər üçün ehtiyat saxlasın. Xüsusilə təzə ailə quran gəlinlər bilməlidirlər ki, onların ərləri evlənmədə çoxlu borca-xərcə düşmüş, maddi çətinliklərlə qarşılaşmışdır. O, bu narahatlıqları təzə ailə qurduğu həyat yoldaşına izhar etməkdə çətinlik çəkir. Buna əsasən, onlar gərək özləri bu kimi məsələləri nəzərə alsınlar, ərlərini daha ağır xərclərə salmasınlar, lazımi qənaətlə yükü onların çiynindən azaltsınlar.
Əli (əleyhissalam) bir hədisdə öz hakimlərindən birinə yazır: "Dünyada israfdan uzaq olun və həmişə normal və orta həddə ol, çətin günləri nəzərdə al, sabahın fikrində ol və onun üçün ehtiyat et!”
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Layiqli qadının bərəkətlərindən biri də budur ki, onun həyat xərcləri üzücü və ağır olmasın, doğanda da məşəqqətə düçar olmasın.”
Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Qənaət az malı çoxaldır, israf isə çox malı məhv edir.”
Çoxlu imkanlı ailələr olmuşdur ki, yersiz israfla öz sərmayələrini əldən çıxartmışlar. Nə qədər çalışqan və normal səviyyədə yaşayan insanlar olub ki, proqramçılıq və qənaətlə yoxsulluq günləri üçün ehtiyat etmişlər və zəngin günlərə çatmışlar. Aqil və agah insanlar, ayıq və ürəyi yanar qadınlar nə qədər artıq imkana malik olsalar, həyat xərclərində də bir o qədər inzibatçılığa meyl edib yersiz bər-bəzəklərdən, həddindən artıq xərclərdən, modbazlıqdan və təm-təraqlı həyatdan bezar olacaqlar, öz fikri azadlıqlarını dəyişməyəcəklər. Rəsuli Əkərm (səlləllahu əleyhi və alih) buyurur:
"Yaxşı qadın ailənin maddi inkişafının iki amilindən biridir. Yəni, kişi evdən kənarda çalışıb məişət ehtiyaclarını təmin edir; gözəl sifətli, tədbirli qadın da özünün ev daxilində layiqli müdiriyyəti və idarəçiliyi və qənaəti ilə həyat yoldaşına kömək edir, onun mal-dövlətini qoruyur. Rəvayətlərdə belə qadınlar ən böyük nemətlərdən biri sayılır.
İsrafın mənası barəsində Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur:
"Evdə, ictimaiyyətdə və ümumiyyətlə hər yerdə lazım olan qədərdən artıq məsrəf edilərsə, bu, israfdır.”
Buna əsasən lazımsız bər-bəzəkdəki yaşayış, modabazlıqda bəhsə girişmək ehtiyacdan artıq bəzək-düzək israfdır və adətən bu cür ağır və üzücü xərclər qadınların özlərinin vasitəsi ilə və ya kişilərə qəbul etdirilməklə baş verir. Layiqli və yaxşı həyat yoldaşı onlardır ki, israfdan və ağır xərclərdən çəkinsinlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər