Rəqs etməyin hökmü nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 14-12-2016, 15:55 | Şərh sayı: (0) | Baxılıb: 607
Rəqs etməyin hökmü nədir?
Sual: Rəqs etməyin hökmü nədir?
Cavab: İslam müqəddəslərinin hədislərinə görə, rəqs etmək batil əyləncə və ləğv (lağlağı iş) sayılır. Rəqs edən insanın əl-ayaq hərəkətləri də mənasız hərəkət kimi qəbul edilir. Ona görə də, əksər fiqh alimlərinin fikrincə, rəqs etmək demək olar ki, hər bir halda bəyənilməz və günah əməldir. Xüsusilə, qadının naməhrəm kişi qarşısında rəqs etməsi böyük günahdır. Amma batil və mənasız əməl olmaq etibarilə kişilərin kişi məclisində oynamasını da icazəli bilmirlər. Bəziləri qadınların qadın məclisində rəqs etməsini caiz bilirlər, lakin bu, birmənalı deyil. İstisna hal kimi əksər müctəhidlər qadının öz əri qarşısında rəqs etməsini qeyd edirlər. Alimlərin bir çoxunun fikirncə, yalnız qadının öz əri üçün rəqs etməsi günah sayılmaz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər