Hicabda müxtəlif rənglərdən istifadənin hökmü nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-12-2015, 15:03 | Şərh sayı: (0) | Baxılıb: 1495
Hicabda müxtəlif rənglərdən istifadənin hökmü nədir?
Sual:
Hicabda qara rəngli geyimlərdən istifadə etmənin yaxşı olmadığını deyirlər.Bu haqda Quranda ayə olduğunu söylədilər. Əgər mümkünsə bu haqda aydınlıq gətirəsiniz. Hicabda hansı rəngli geyimlər geyinmək yaxşı olar? Allah razı olsun.
Cavab:
Öncəliklə qeyd etmək istərdik ki, Quranda hicabın vacibliyi və necə bağlanmasına işarə olunub. Ancaq hicabın rənglərinə aid bir şey qeyd olunmayıb. Və rəng seçimi isə xanımların öz ixtiyarına və zövqünə aid bir məsələdir. Amma bir məsələni də diqqətə almaq lazımdır ki, gərək istifadə olunan rənglər naməhrəmləri özünə cəzb etməsin. Qara rənglər haqqında isə dini rəvayətlərə nəzər salsaq bu rəngdən istifadə edilmənin məkruh (bəyənilməyən) olduğunu görürük, ancaq bu haqda başqa hədislərə nəzər saldıqda isə bunun yalnız kişilərə aid olduğunu görürük və xanımların istifadəsi məkruh deyil.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər