Quranda buyurulur ki, qadınlar “öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər”. Öz-özlüyündə görünən zinət nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 25-04-2016, 19:38 | Şərh sayı: (0) | Baxılıb: 560
Quranda buyurulur ki, qadınlar “öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər”. Öz-özlüyündə görünən zinət nədir?
Sual: “Nur” surəsinin 31-ci ayəsində buyurulur ki, qadınlar “öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər”. Öz-özlüyündə görünən zinət nə deməkdir?
Cavab: Zinət deyərkən, adətən, bəzək əşyaları (üzük, qolbaq, boyunbağı, sırğa və s.) və bədən üzvlərinə vurulan bəzəklər (məsələn, üz boyası və s.) nəzərdə tutulur. İslam dininə görə, bunları naməhrəmə göstərmək günahdır. Bəzi təfsirlərə görə, qadının bütünlükdə bədəni bəzək sayılır. Lakin öz-özlüyündə görünən bəzəkləri açıq qoymağın günahı yoxdur. Təfsirlərə baxdıqda məlum olur ki, burada qadının əlləri və sifəti nəzərdə tutulur. İslam şəriətinə görə, qadın biləkdən aşağı əllərini və dəstəmaz alınan zaman yuyulan həddə sifətini açıq qoya bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər