İsrail sözünün mənası nədir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-09-2016, 22:16 | Şərh sayı: (0) | Baxılıb: 540
İsrail sözünün mənası nədir?
Sual: İsrail sözünün mənası nədir?
Cavab: “İsrail” Həzrət Yəqub Peyğəmbərin (ə) ləqəbidir. Yəhudi inancına və Bibliya rəvayətinə görə, Yəqub Peyğəmbər (s) bir gecə səhrada səhərə kimi insan cildində olan güclü bir varlıqla güləşmişdir. Yəhudi və xristian ilahiyyatçılar həmin varlığın kim olduğu barədə müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Bir nəzəriyyəyə görə, bu, insan cildinə girmiş mələk, başqa nəzəriyyəyə görə, İsa Məsihin (ə) obrazı olmuşdur (Xristian əqidəsinə görə, Məsih (ə) Allahın zatındakı üç tərkib hissəsindən biridir və həmişə mövcud olmuşdur). İsrail həmin güclü varlıqla güləşmiş, məğlub olmamış, axırda həmin varlıq tərəfindən İsrail ləqəbini qazanmışdır (mənasının “Allaha qalib gələn, Allahı yıxan” olduğu bildirilir; Bibliya, Təkvin kitabı, XXXII fəsil). Lakin İslam inancına görə, bu rəvayət tamamilə səhvdir və əslində “İsrail” sözünün mənası “Allahın bəndəsi” deməkdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər