Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 17-07-2016, 18:00 | Şərh sayı: (0) | Baxılıb: 573
Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?
Sual: Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?
Cavab: Oruc tutmaq İslam dinində bəyənilən və müstəhəb bilinən əməllərdən sayılır. Ona görə də ilin istənilən günündə oruc tutmaq müstəhəbdir. Yalnız Fitr və Qurban bayramı günləri istisnadır; həmin günlərdə oruc tutmaq haramdır.
Bundan əlavə, aşağıda göstərilən günlərdə oruc tutmağın xüsusi savabı olduğu bildirilir:
Hər qəməri ayın (müsəlman ayının) 13-cü, 14-cü və 15-ci günləri.
Hər qəməri ayın birinci və sonuncu cümə axşamı günləri. Eləcə də, hər ayın 10-dan sonrakı ilk çərşənbə günü.
Rəcəb və şəban aylarının istənilən günləri.
Novruz bayramı günü.
Şəvval ayının 4-dən 9-na kimi keçən altı gün.
Zilqədə ayının 25-i və 29-u, zilhiccə ayının 1-dən 9-na kimi.
Qədir-Xüm bayramı günü (18 zilhiccə).
Mübahilə günü (24 zilhiccə).
Mühərrəm ayının 1-i, 3-ü və 7-si.
Peyğəmbərin mövlud günü (17 rəbiül-əvvəl).
Cəmadiyül-əvvəl ayının 15-i.
Peyğəmbərin besət günü (27 rəcəb).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər