Doğrudurmu ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 15-10-2016, 16:09 | Şərh sayı: (0) | Baxılıb: 530
Doğrudurmu ki, qapıdan nal asmaq adəti aşura faciəsindən sonra yaranıb?

Cavab: Həqiqətən, bəzi mənbələrdə bu cür məlumatlara rast gəlirik. Məsələn, məşhur cəfəri alimi Kəracüki “əl-Təəccüb” kitabında bunu qısa şəkildə qeyd edib. İbn Ziyadın 10 əsgərinin Kərbəla şəhidlərinin cəsədi üzərindən tərsinə nallanmış atları sürməsi həqiqətən baş vermiş hadisədir. Həmin nalların Əhli-beyt düşmənləri tərəfindən təbərrük kimi götürülməsi də mümkündür. Lakin zənnimizcə, at nalının qapılara vurulmasının səbəbini bununla məhdudlaşdırmaq doğru deyil. Bu ənənə Kərbəla hadisəsindən çox-çox əvvəl türk xalqlarında mövcud idi. Türklər atı uğurlu heyvan sayırdılar (ərəb üçün dəvə nə qədər qiymətli və mühümdürsə, türk üçün at da o cür idi). Ona görə də at nalının uğur gətirəcəyinə inanır və qapıdan asırdılar. Çox güman ki, bu ənənə türklərin vasitəsilə müsəlmanların həyatına daxil olmuşdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər