Novruz bayramının Qədir-Xum gününə təsadüf etməsi barədə məlumatlar doğrudurmu? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 22-03-2016, 18:49 | Şərh sayı: (0) | Baxılıb: 1829
Novruz bayramının Qədir-Xum gününə təsadüf etməsi barədə məlumatlar doğrudurmu?
Sual: Novruz bayramının Qədir-Xum gününə təsadüf etməsi barədə məlumatlar doğrudurmu?
Cavab: Qeyd edək ki, Novruz bayramı hicri-şəmsi (Günəş) təqvimi ilə, islami bayramlar, o cümlədən, Qədir-Xum bayramı isə hicri-qəməri (Ay) təqvimi ilə hesablanır. Ona görə də bu iki gün heç də hər il üst-üstə düşə bilməz və onların arasındakı fasilə hər il dəyişir. Lakin dini mətnlərdən məlum olur ki, Qədir-Xum hadisəsinin baş verdiyi il, yəni hicrətin 10-cu ili zilhiccənin 18-i (Qədir-Xum günü) Novruz bayramına və ya Novruz bayramı axşamına təsadüf etmişdir. Bu məlumat məsum imamlardan rəvayət edilən bəzi hədislərdə buyurulur. Eləcə də, XV əsrdə yaşamış məşhur müsəlman astronomu Ğiyasəddin Cəmşid Kaşani (1388-1429) özünün "Risaleyi-Ğədiriyyə" əsərində, Əllamə Məclisi “Biharül-ənvar” məcmuəsində bunu qətiyyətlə bildirmişlər. Keçmişdə xalq içində də Novruz bayramı Həzrət Əlinin (ə) xəlifəliyə gəldiyi gün kimi qeyd edilirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər