Mələklərin Peyğəmbərin (s) sinəsini yararaq, ürəyindən laxtalanmış qan parçasını götürüb kənara atmaları barədə rəvayət doğrudurmu? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 20-04-2016, 05:24 | Şərh sayı: (0) | Baxılıb: 363
Mələklərin Peyğəmbərin (s) sinəsini yararaq, ürəyindən laxtalanmış qan parçasını götürüb kənara atmaları barədə rəvayət doğrudurmu?
Sual: Mələklərin Peyğəmbərin (s) sinəsini yararaq, ürəyindən laxtalanmış qan parçasını götürüb kənara atmaları barədə rəvayət doğrudurmu?
Cavab: Bu rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) balaca ikən, süd anasının ailəsi ilə qaldığı zaman bir gün uşaqlarla çöldə oynadığı vaxt mələk Cəbrail onun sinəsini yarıb, ürəyinin içindən bir parça laxtalanmış qanı çıxarmış, “bu, sənin qəlbinə şeytanın təsiridir” deyərək o laxtanı kənara atmış, sonra həzrətin ürəyini Zəmzəm suyu ilə yuyub yerinə qoymuşdur. Bu qəbildən olan rəvayətlər əsasən, əhli-sünnə məzhəbinə aid mənbələrdə, o cümlədən, Səhihi-Müslimdə mövcuddur. Qurandakı “Məgər biz sənin köksünü açıb genişlətmədikmi?” ayəsini (İnşirah, 1) də bu hadisəyə sübut gətirirlər. Lakin həm hadisənin təsvirindəki fərqliliklər, həm də ürəyə şeytanın təsirinin cismani və maddi deyil, mənəvi bir məsələ olması bu rəvayəti şübhə altına alır. Şiə mənbələrində bu hadisə az xatırlanır. Əllamə Təbatəbai “Mizan” təfsirində hadisəni inkar etməmiş, lakin merac olayı kimi bu hadisənin də Peyğəmbərə (s) misal aləmində göstərildiyini yazmışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər