Peyğəmbərin həyatı barədə hansı mənbələri oxumağı məsləhət görürsünüz? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-02-2016, 00:15 | Şərh sayı: (0) | Baxılıb: 1740
Peyğəmbərin həyatı barədə hansı mənbələri oxumağı məsləhət görürsünüz?
Sual: Peyğəmbərin həyatı barədə hansı mənbələri oxumağı məsləhət görürsünüz?
Cavab: İslam Peyğəmbərinin (ə) həyatı ilə bağlı ilkin tarixi mənbələr hicrətin ilk əsrlərindən etibarən yazılmağa başlamışdır. Bu kitablara “siyrə” deyilirdi (tərcüməsi “yol, gedişat” deməkdir). Siyrələrdə Peyğəmbərin doğumundan başlayaraq vəfatına kimi həyatı araşdirılır, apardığı müharibələr təsvir edilir, o həzrətlə bağlı (həyat yoldaşları, övladları, yaxın qohumları və səhabələri, hətta atları, silahları və s. barədə) bütün lazımi informasiyalar verilirdi. İlk mükəmməl siyrənin müəllifi İbn İshaq Mütəllibi Mədəni (704-770) sayılır. İbn İshaqın siyrəsini təqribən 50 ildən sonra İbn Hişam Himyəri (vəf. 828 və ya 833) adlı alim yenidən işləyərək təkmilləşdirmişdi. Sonrakı dövrlərdə başqa müəlliflər tərəfindən də siyrələr yazıldı.
Azərbaycan dilinə tərcümə olunmuş siyrələr arasında həm kifayət qədər geniş, həm də ümumi oxucu kütləsi üçün faydalı olan əsərlərdən aşağıdakıları göstərə bilərik: İbn Hişamın siyrəsi, Cəfər Sübhani – “Əbədiyyət işığı”, Ə.H.Bərki və O.Kəskioğlu – “Xatəmül-ənbiya Həzrəti Məhəmməd və həyatı”, Şeyx Abbas Quminin “Müntəhal-amal” kitabının müvafiq bölümü və s.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər