Müsəlmanlara donuz ətinin haram olması barədə Quranda ayə varmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 17-09-2016, 11:13 | Şərh sayı: (0) | Baxılıb: 649
Müsəlmanlara donuz ətinin haram olması barədə Quranda ayə varmı?
Sual: Müsəlmanlara donuz ətinin haram olması barədə Quranda ayə varmı?
Cavab: Donuz əti qəti olaraq İslam dinində murdar sayılır, onu yemək də haram və günahdır. Bu hökmün əsas mənbəyi Qurani-kərimin Maidə surəsinin 3-cü ayəsidir: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti ... sizə haram edildi. Bunlar günahdır”. Peyğəmbərin və imamların hədislərində də donuz ətinin qəti surətdə haram olduğu bəyan edilir. Yalnız acından ölmək təhlükəsi qarşısında ölümdən xilas olacaq miqdarda donuz ətindən yemək icazəlidir. Qeyd edək ki, donuz ətini yemək yalnız İslamda deyil, digər səmavi dinlərdə də haramdır. Bibliyada deyilir: “Donuz qoşadırnaqlı heyvandır, amma gövşəmir. Onlar (donuzlar) sizdən ötrü pak heyvanlar deyil, onların ətini yeməyin, leşlərinə də toxunmayın” (Bibliya, Təsniyə kitabı, XIV, 8).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər