Vərəm xəstəsinə həkim donuz əti və donuz piyi yeməyi məsləhət görüb. Xəstə nə etsin? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 13-05-2016, 20:01 | Şərh sayı: (0) | Baxılıb: 342
Vərəm xəstəsinə həkim donuz əti və donuz piyi yeməyi məsləhət görüb. Xəstə nə etsin?
Sual: Vərəm xəstəsinə həkim kökəlmək və vərəm mikroblarına qalib gəlmək üçün donuz əti və donuz piyi (salo) yeməyi məsləhət görüb. Xəstə nə etsin?
Cavab: Əvvəla, donuz ətini və piyini yemək qəti şəkildə haramdır. Yalnız acından ölmək təhlükəsi qarşısında ölümdən xilas edəcək miqdarda bunları yemək icazəli olar. Başqa vaxtlarda hər hansı məqsəd və bəhanə ilə bunları yemək icazəli deyil və böyük günahdır. Həkimlər də xəstələrə dərman və qida məsləhət görərkən, bu nüanslara diqqət yetirməlidirlər. Dünyada elə bir xəstəlik yoxdur ki, onu yalnız və yalnız haram maddələrlə (məsələn, donuz piyi, araq) müalicə etmək mümkün olsun. Mütləq halal alternativ yollar mövcuddur. Vərəm xəstəsinin əlacı kökəlməkdirsə, bunu baqşa qida növləri ilə də edə bilər. Donuz əti və piyi yeməsi zəruri deyil. İnsanı kökəldən, piyləndirən çoxlu başqa halal üsullar var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər