“Donuz qripi” ilə bağlı rayonların mərkəzi xəstəxanalarında palatalar ayrılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 20:57 | Şərh sayı: (0) | Baxılıb: 258
“Donuz qripi” ilə bağlı rayonların mərkəzi xəstəxanalarında palatalar ayrılıb
““Donuz qripi” ilə əlaqədar Azərbaycanın rayonlarındakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində xüsusi palatalar ayrılıb”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.
O bildirib ki, regionlardakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində həm böyüklər, həm də kiçiklər üçün palatalar ayrılıb: “Xəstəxanalar dərman təchizatı ilə tam təmin olunub”.
R. İsmayılova qeyd edib ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb.
Qeyd edək ki, “donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb. Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripixəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər