"Donuz qripi"ndən vəfat edən azərbaycanlı generalın FOTOSU - TƏFƏRRÜAT |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 23:02 | Şərh sayı: (0) | Baxılıb: 681
"Donuz qripi"ndən vəfat edən azərbaycanlı generalın FOTOSU - TƏFƏRRÜAT
Ukraynada yaşayan azərbaycanlı general-mayorun "donuz qripi"ndən vəfat etməsi barədə məlumat vermişdik. Qaynar.info onun ölümü ilə bağlı yeni təfərrüatlar əldə edib.
Əldə etdiyimiz məlumata görə, Namiq Soltanov adlı həmyerlimizin oğlu idmançıdır və Gürcüstanda keçirilən yarışa qatılıb. O, bu ölkədə "donuz qripi"nə yoluxub.
Bundan xəbər tutan Namiq Soltanov Gürcüstana yollanaraq oğlunu Ukraynaya aparıb və müalicə etdirib. Oğlu sağalsa da, bu dəfə general-mayor özü "donuz qripi"nə yoluxub. Təəssüf ki, həkimlər onun həyatını xilas edə bilməyib və ötən gün vəfat edib.
Əldə etdiyimiz məlumatda həmçinin bildirilir ki, Namiq Soltanov Salyan rayonunda dünyaya gəlib. Onun xəstəliyə yoluxduğunu eşidən Azərbaycandakı qohumları Ukraynaya yollanıb. Lakin yaxınlarına xəstə ilə görüş icazəsi verilməyib. Mərhum generalın harda dəfn olunacağını dəqiqləşdirə bilmədik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər