Quranda orucun vaxtı |
Müəllif: L-e-y-l-a | Bölmə: Məqalələr | Vaxt: 7-06-2016, 21:00 | Şərh sayı: (0) | Baxılıb: 800
Quranda orucun vaxtı
Quran buyurur: "Oruc tutmaq, sayı müəyyən olan (bir ay) günlərdir. Bu günlərdə sizdən xəstə və ya səfərdə olanlar oruc tutmadığı günlər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, (bir nəfərdən çox fəqiri doyurarsa) bu əməl onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”(Bəqərə surəsi, ayə:184 )
Ayədəki "mədudat" sözü, ərəbcədən "müəyyən və müşəxxəs" mənasındadır. Bu günlər barəsində iki nəzəriyyə var:
1. Məqsəd, Ramazan ayı deyil. Bəlkə də, hər ayın əvvəlində üç gündür və İbni Əbbasın dediyinə görə "Aşura" günü də əlavə olunur. O vaxt bu üç günü oruc tutmağı bəziləri müstəhəbb, bəziləri isə vacib bilirlər.
2. İkinci nəzəriyyə budur ki, ayədə məqsəd Ramazan ayıdır. Təfsirçilərin əksəriyyəti bu nəzəriyyəni qəbul etmiş və demişlər: Allah-taala, qısa şəkildə orucu bir və ya iki gün bəyan etmişdir. Sonra buyurmuşdur: Müəyyən günlər. Daha sonra isə müəyyən günlərdən məqsədin Ramazan ayı olduğunu bildirmişdir. Bu nəzəriyyə, ən möhkəm və təfsirçilərin ittifaqa gəldikləridir. Həmçinin, ayədə heç bir ləğv hökmünə də ehtiyac duyulmur. Ayədən, xəstə və ya səfərdə olub, Ramazan ayında oruc tuta bilməyənlərin iftar etməmələrinin vacib olması da aydın başa düşülür. Allah taala, Ramazan ayının qəza orucunu yalnız, səfərə çıxmaq və xəstə olduqdan sonra sağalmağın müqabilində qərar vermişdir. Əbdürrəhman ibni Ovfdan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edir, buyurur:
"Səfərdə oruc tutan, vətənində iftar edən şəxs kimidir.”(Məcməul-bəyan, cild. 2, səh. 274 )
Həmin mövzunu rəvayətçilər, İmam Sadiq (əleyhissalam)-dan nəql edirlər, buyurur: "Ramazan ayında səfərdə olub oruc tutan, vətənində iftar etmiş şəxs kimidir."(Hər ikisi batildir.)(Məcməul-bəyan, cild. 2, səh. 274 )
"Məcməul-bəyan" təfsirinin müəllifi bu ayənin şərhində belə yazır: "Ravi Əyyaşi, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, həzrət buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) səfərdə olarkən nə müstəhəb və nə də vacib oruclardan tutardı. O vaxta kimi ki, "Kerail-ğənim" adlı yerdə zöhr namazı vaxtı bu ayə nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bir qab su istədi və ondan içdi. Cəmiyyətə də ərz etdi ki, su içsinlər. Bir dəstə dedilər: Günün batmağına bir şey qalmayıb, əgər orucu tamamlasaydıq yaxşı olardı.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onları "günahkarlar" adlandırır və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatına qədər onları bu adla çağırırdılar.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər