Sübh namazına yuxudan oyanmağa tənbəllik edən adama nə məsləhət görərdiniz? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 12-09-2016, 14:16 | Şərh sayı: (0) | Baxılıb: 369
Sübh namazına yuxudan oyanmağa tənbəllik edən adama nə məsləhət görərdiniz?
Sual: Sübh namazına yuxudan oyanmağa tənbəllik edən adama nə məsləhət görərdiniz?
Cavab: Bütün namazları, o cümlədən, sübh namazını qılmaq insanın əqidəsindən, iradə qüvvəsindən asılı olan bir məsələdir. İlk növbədə, əqidəni möhkəmləndirən tədbirlər görmək lazımdır. Namazın əhəmiyyəti barədə düşünməli, namaz qılmamaqla Allaha qarşı nə qədər böyük naşükürlük etdiyimizi fikirləşməliyik. Bunun üçün namazın əhəmiyyəti barədə moizələrə qulaq asmaq, kitablar oxumaq da faydalıdır. Namazı qəsdən qılmayıb qəzaya verməyin nə qədər böyük günah olduğu barədə düşünmək də faydalı olar. Bəzən insan sübh namazı üçün zəngli saatı və ya telefonun zəngini qursa da, tənbəllik üzündən zəngi kəsib yenə yuxusuna davam edir. Buna mane olmaq üçün zəngli saatı (telefonu) yataqdan uzağa, otağın başqa küncünə qoymaq məsləhətdir ki, insan yuxudan ayılmağa məcbur olsun.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər