Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə tüludan bir saat əvvəl azan verirlər? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-03-2016, 18:38 | Şərh sayı: (0) | Baxılıb: 3367
Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə tüludan bir saat əvvəl azan verirlər?
Sual: Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə tüludan bir saat əvvəl azan verirlər?
Cavab: Şiə fiqhində bütün hökmlər Qurana, Peyğəmbərin (s) göstərişi və əməllərinə əsaslanır. Fəqihlər bütün bu bilikləri məsum Əhli-beyt (ə) vasitəsi ilə əldə edirlər. Kimsə öz təsəvvürünə və istəyinə əsasən ibadət ixtira edə bilməz. Şiə fəqihlərinin əlində tüludan qabaq azan vermək barədə heç bir dəlil yoxdur və bu işi bidət, haram sayırlar. Amma sünnilər öz kitablarındakı bəzi rəvayətlərə(Səhih Buxari, Kitabul əzan, bab 13, əl-əzan qəbləl fəcr, hədis 621.) əsaslanaraq, tüludan qabaq azan verir və bildirirlər ki, bu azan obaşdanlığa durmaq, gecə namazı qılmaq, qüsl vermək istəyənləri oyatmaq üçündür.("Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, c. 1, s.149 və əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, şürutil əzan, səh-314)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər