Əsr namazı nə zaman qəzaya düşür? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 17-07-2016, 18:06 | Şərh sayı: (0) | Baxılıb: 876
Əsr namazı nə zaman qəzaya düşür?
Sual: Əsr namazı nə zaman qəzaya düşür?
Cavab: Namaz vaxtları məxsusi və müştərək olmaqla iki hissəyə bölünür. Məxsusi vaxt yalnız müəyyən namaza aid olan vaxtdır, həmin vaxtda başqa namazı qılmaq olmaz. Zöhr namazının məxsusi vaxtı zöhr azanından başlayır və dörd rükətlik namaz qılmaq üçün bəs edəcək qədər davam edir. Əsr namazının məxsusi vaxtı məğrib azanına 4 rükətlik namaz qılmaq üçün bəs edəcək qədər qalan vaxtdır. Bu ikisinin arasındakı vaxt isə zöhr və əsr namazlarının müştərək vaxtıdır.
Beləliklə, zöhr namazının məxsusi vaxtı bitəndən sonra ta məğrib azanına kimi əsr namazını qılmaq olar. Üzürlü səbəbdən bu müddət ərzində namaz qıla bilməyən adam məğrib azanına bir rükətlik vaxt qalana kimi əsr namazına başlaya bilər. Yəni onun namazının bir rükəti məxsusi vaxta təsadüf etsə, namazı düzgündür. Lakin namazı qəsdən bu qədər təxirə salmaq bəyənilmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər