Nəyə görə bəzi hədislərdə və mərsiyələrdə İmam Hüseyn (ə) Həzrət Yəhya Peyğəmbərə (ə) bənzədilir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 28-07-2016, 14:01 | Şərh sayı: (0) | Baxılıb: 620
Nəyə görə bəzi hədislərdə və mərsiyələrdə İmam Hüseyn (ə) Həzrət Yəhya Peyğəmbərə (ə) bənzədilir?
Sual: Nəyə görə bəzi hədislərdə və mərsiyələrdə İmam Hüseyn (ə) Həzrət Yəhya Peyğəmbərə (ə) bənzədilir?
Cavab: Həm Bibliya mətninə, həm də islami mənbələrə görə Həzrət Yəhya (ə) Həzrət İsadan (ə) bir qədər əvvəl peyğəmbərliyə təyin edilmiş və təbliğata başlamışdı. Onun zamanında günahkar, zalım və əxlaqsız bir hökmdar yaşayırdı. Hökmdarın qardaşı vəfat etdikdən sonra onun arvadı ilə evlənmişdi və üstəlik, həm də həmin qadının qızını almaq istəyirdi. Həzrət Yəhya (ə) öz moziələrində hökmdarın iyrənc niyyəti haqqında danışıb camaata xəbərdarlıq edir, onları hökmdara tabe olmamağa səsləyirdi. Buna görə Həzrət Yəhyanı (ə) həbs edib zindana saldılar. Hökmdar öz mənfur niyyətini həyata keçirib, qardaşı qızı ilə evləndi. Yeni gəlin toy hədiyyəsi kimi ondan Həzrət Yəhya Peyğəmbərin (ə) başını tələb etdi. Hökmdar onun xahişinə əməl edib, peyğəmbəri qətlə yetirdi. Həzrət Yəhyanın (ə) başını zindanda kəsib, qızıl məcməyinin içində saraya gətirdilər...
Həzrət Yəhya (ə) ilə Həzrət Hüseynin (ə) oxşar cəhətləri budur ki, onların hər ikisi zalım hökmdara qarşı mübarizə aparmış, hər ikisinin başı diri-diri kəsilmiş və hökmdarın hüzuruna gətirilmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər