RSS
 

Login:
Şifrə:
» » Yəhya peyğəmbərin həyatı

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Yəhya peyğəmbərin həyatı

 
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 9-12-2015, 01:21 | Şərh sayı: (0) | Baxılıb: 1344

Yəhya peyğəmbərin həyatı


Yəhya peyğəmbərin həyatı


Qurani-Kərimin “Ali-İmran”, “Ənam”, “Məryəm” və “Ənbiya” surələrində beş dəfə adı çəkilən həzrət Yəhya (ə) uşaqlıqda peyğəmbərlik məqamına çatan ilahi şəxslərdəndir. Allah-Taala Qurani-Kərimin “Məryəm” surəsinin 12-ci ayəsində onun barəsində belə buyurur:

يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا

“Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət verdik.”

Həzrət Yəhyanın atasının adı Zəkəriyya, anasının adı isə Əşyadır. Onun atası Zəkəriyya da ilahi peyğəmbərlərdən olub, bərəkətli ömrünü allahpərəstlikdə və insanları allahpərəstliyə dəvətdə keçirmişdir. Zəkəriyya ilə həyat yoldaşı Əşya qocalıb əldən düşdükləri bir vaxtda Allah tərəfindən Yəhya adlı bir övlada sahib olacaqları ilə müjdələnirlər. O, bir gün həzrət İsanın (ə) anası Məryəmin ibadət otağına daxil olduqda, onun yanında cürbəcür yeməklər, fəsli çatmamış meyvələr görüb təəccüblənir. Məryəmdən soruşur: “Ey Məryəm! Sənə bu ruzi haradandır?”

Məryəm deyir: “O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir.” (“Ali-İmran” surəsi, ayə 35-37.)

Zəkəriyya bu mənzərəni və Məryəmin (ə.s.) Allah yanındakı məqam və ləyaqətini görüb müşahidə etdikdən sonra, öz həyat yoldaşı Əşyanın artıq doğuş dövrünü arxada qoymasına baxmayaraq, onun da bacısı Hənnənın qızı Məryəm kimi bir övlada sahib olmasını arzu edir. Zəkəriyya deyir:

رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء

“İlahi, mənə xeyir-bərəkətli, təqvalı və sağlam bir övlad əta et. Həqiqətən, Sən duaları eşidənsən!”

Zəkəriyyanın duası qəbul olur. Qurani-Kərimin “Ali-İmran” surəsinin 39-41-ci ayələrində bu haqda buyurulur:

فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ قَالَ رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء قَالَ رَبِّ اجْعَل لِّيَ آيَةً قَالَ آيَتُكَ أَلاَّ تُكَلِّمَ النَّاسَ ثَلاَثَةَ أَيَّامٍ إِلاَّ رَمْزًا وَاذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالإِبْكَارِ

“Mələklər Zəkəriyyanı öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər: “Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və salehlərin nəslindən olan bir peyğəmbərdir.” Zəkəriyya dedi: “Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin sonsuz olduğu halda mənim necə oğlum ola bilər?!” Dedi: “Elədir, (amma) Allah istədiyini edir.” Zəkəriyya dedi: “Ey Rəbbim, (zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə qərar ver.” Dedi: “Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!”

Elə həmin gün Zəkəriyya dilinin quruduğunu və qətiyyən söz danışa bilmədiyini hiss etdikdə, mehriban və bağışlayan Allaha səcdə edir. Bu minvalla, Zəkəriyya peyğəmbər üç gün danışıq qabiliyyətini itirir. Nəhayət, Allah-Taalanın iradəsi gerçəkləşir, Zəkəriyyanın (ə) həyat yoldaşı qoca vaxtında hamilə olur və hamiləlik dövrü sona yetdikdən sonra Yəhya dünyaya göz açır.

Allah-Taala Yəhyaya elə uşaq ikən hikmət və peyğəmbərlik məqamını bəxş edir. Qurani-Kərimin “Məryəm” surəsinin 12-15-ci ayələrində buyurulur:

يَا يَحْيَى خُذِ الْكِتَابَ بِقُوَّةٍ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً وَكَانَ تَقِيًّا وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا

“Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə tut! Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik. (Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. O, təqvalı idi. Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi. Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.”

HƏZRƏT YƏHYA VƏ QEYRİ-QANUNİ İZDİVACLA MÜBARİZƏ

Yəhya peyğəmbərin dönəmində Fələstinin bütpərəst və fasiq hakimi Herodis öz qardaşının (qızı və yaxud) həyat yoldaşı Hirodiyaya aşiq olur. Herodis onu zorla özünə zövcə etmək üçün qardaşından alır. Onun bu işinə kimsə etiraz etmədikdə, Yəhya dillənir: “Bu iş düzgün deyil! O, belə bir iş görə bilməz, onun bu işi Tövratın hökmünə ziddir!”

Həzrət Yəhyanın səs-sədası bütün şəhəri bürüyür. Onun etiraz səsi Herodisin qulağına çatır. Herodis Allahın peyğəmbərini öz çirkin istək və arzularının müqabilində gördükdə, onu aradan götürmək qərarına gəlir. Lakin o, bu işi gerçəkləşdirmək üçün məftun olduğu qadından tələ kimi istifadə edir. Bir gün padşah Hirodiyaya deyir: “Məndən nə istəsən, istəyini yerinə yetirməyə hazıram.” Hirodiya deyir: “Mən Yəhyanın başını istəyirəm. Çünki o, mənim adımı dillərə atıb və hamı məndən, mənim pis qadın olmağımdan danışır. Əgər mənim ürəyimin rahatlığını istəyirsənsə, gərək onu öldürəsən!”

Beləcə, Herodis cəllada Yəhya peyğəmbərin başını kəsməyi əmr edir. Cəllad Allahın peyğəmbərinin başını bədənindən ayırır. Yəhya peyğəmbər otuz yaşında ikən şəhadətə yetir. O həzrətin başı Dəməşq şəhərinin Zübdani məhəlləsində, bədəni isə Dəməşqin “Came” məscidində dəfn olunur.

Mənbə: “Qurani-Kərim”, “Ali-İmran” və “Məryəm” surələri; “Peyğəmbərlərin həyatı”, “Yəhya və İsanın həyatı” bölümü, Seyid Kamal; “Bəşarət” jurnalı, 63-cü nömrə; “Təfsiri-nümunə”, 2-ci cild, səh.13.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor