Kimlərə fasiq deyilir və onunla necə rəftar etmək lazımdır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 30-06-2016, 15:01 | Şərh sayı: (0) | Baxılıb: 527
Kimlərə fasiq deyilir və onunla necə rəftar etmək lazımdır?
Sual: Kimlərə fasiq deyilir və onunla necə rəftar etmək lazımdır?
Cavab: Ərəb dilindən tərcümədə fisq – “çıxmaq, sıçramaq” deməkdir. Dini termin olaraq, fisq – böyük günah sayılan əməlləri yerinə yetirmək və ya kiçik günahları ardıcıl təkrar etmək mənasını verir. Çünki bu halda insan Allaha itaətdən çıxmış olur. Fisq anlayışı çox genişdir, günahın bütün növlə-rini və dərəcələrini əhatə edir.
Quranda bəzi əməllər fisq olaraq xarakterizə edilib. Məsələn, Allahı unutmaq (Həşr, 19), Allahın ayətlərini inkar etmək (Bəqərə, 99), Allahın adı ilə kəsilməmiş (haram) əti yetmək (Ənam, 121), ticarət əməliyyatlarını qeydə alan katiblərə və şahidlərə zərər yetirmək (Bəqərə, 282), zülm etmək və Allahın buyurduqlarını dəyişdirmək (Bəqərə, 59), yalan danışmaq (Hücərat, 6), ismətli qadınları yalandan zinakarlıqda ittiham etmək (Nur, 4). Quranda insanların çoxunun fasiq olduğu da vurğulanır: “Həqiqətən, insanların çoxu fasiqdir” (Maidə, 49).
Dini ədəbiyyatda fasiq – ardıcıl olaraq aşkarda günah edən şəxslərə deyilir. Fasiqlə mehriban münasibət saxlamaq, günah işlər görməsi üçün ona pul vermək, onunla qohum olmaq bəyənilmir, əksinə, onu bu yoldan döndərmək üçün tənbeh etmək və hətta lazım gələrsə, baykot etmək məsləhət görülür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər