Müsəlmanın müsəlman üzərində hansı haqları vardır? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 30-06-2016, 14:58 | Şərh sayı: (0) | Baxılıb: 485
Müsəlmanın müsəlman üzərində hansı haqları vardır?
Sual: Müsəlmanın müsəlman üzərində hansı haqları vardır?
Cavab: Bu mövzuda hədis kitablarında çoxlu hədis vardır. Bu hədislər öz həcminə, əhatə dairəsinə görə fərqlənir. Onların bəzilərində müsəlmanın müsəlman üzərindəki cəmi bir neçə haqqı xəbər verilirsə, bəzi hədislərdə onlarla haqq sadalanır. Məsələn, öz müsəlman və mömin qardaşına hörmət etmək, acdırsa onu doyuzdurmaq, çılpaqdırsa geyindirmək, çətinliyini həll etmək, borcunu ödəmək, səfərdə olanda ailəsinə baş çəkmək, mal-dövlətin ilə ona yardım göstərmək, çətinlik zamanı onu tək buraxmamaq, aldatmamaq, ona zülm və xəyanət etməmək, qeybətini danışmamaq, özün üçün istədiyini onun üçün də istəmək, özünə rəva görmədiyini ona da rəva görməmək, xəstələnəndə ziyarətinə getmək, öləndə dəfnində iştirak etmək, vəfatından sonra onu xeyir sözlərlə, rəhmətlə yad etmək və s.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər