Təməttö Həccinin qaydaları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-10-2015, 02:03 | Şərh sayı: (0) | Baxılıb: 455
Təməttö Həccinin qaydaları
Təməttö Həcci iki qismə bölünür:
1-ci: ümreyi – təməttö
2-ci: həcci – təməttö
Əvvəlcə ümreyi – təməttö əməlləri edilir.
Ümreyi təməttö beş hissədən ibarətdir.
1. Ehram (yəni həcc paltarı geyinmək).
Niyyət: Həccətül islamın ömreyi təməttünündə ehram bağlayıram Qürbətən iləllah. Sonra bu təlbiyəni oxumaq lazımdır.
"Ləbbəykə əlla hümə ləbbeyk ləbbeykə lə şərikə ləkə ləbbeyk innəl həmdə vən-niə-mətə ləkə vəl-mülk lə şərikə ləkə ləbbeyk”.
2. Təvaf etmək (Kəbəni 7 dəfə dolanmaq)
Niyyət: Həccətül islamın ömreyi təməttünündə təvaf edirəm Qürbətən iləllah.
3. Məqami İbrahimin arxasında həccətül islamın ömreyi təmətünündə Təvvaf namazı qılıram Qürbətən iləllah.
4. Səfa ilə Mərva arasında səy edilir.
Niyyət:Həccətül İslamın Ömreyi təməttünündə Səfa və Mərva dağı arasında səy edirəm Qürbətən iləllah.
5. Təqsir (yəni dırnaqları tutmaq, tükdən bir az kəsmək).
Həcc təməttünün 13 vacib əməlləri
1. Məkkədə ehram bağlamaq.
Niyyət:Həccətül islamın həcc təməttünündə ehram bağlayıram Qürbətən iləllah. Sonra ”Ləbbeykə əlla hümmə ləbbeyk”. "Ləbbeykə lə şərikə ləkə ləbbeyk İnnəl həm də Vən-niəmətə ləkə vəl-mülk lə şərikə ləkə ləbbeyk".
2. Zil-həccə ayının 9-cu günü zöhrdən şama qədər ərəfatda vüquf edirəm (yəni dayanıram) Qürbətən iləllah.
3. Məşhərül həramda sübhdən gün çıxana kimi dayanıram qürbətən iləllah. Həmin səhrada 70 ədəd fındıq boyda daş yığmaq lazımdır.
4. Cəmrəyə daş atmaq: yəni, böyük şeytana daş atıram Qürbətən iləllah.
5. Qurban kəsmək.
6. Baş qırxmaq, dırnaq tutmaq.
7. Həcc təvafı etmək.
8.Təvaf namazı qılmaq.
9. Səfa və Mərva arasında səy etmək.
10. Nisa təvafı etmək.
11. Məqami İbrahimdə nisa namazı.
12. Minada gecə qalmaq səhərə qədər ibadət etmək və yaxud da Məkkeyi müəzzəmmədə səhərə kimi ibadət etmək.
13. Üçüncü cəmərəti kiçik, orta, böyük şeytanın hər birinə 7 dənə daş atmaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər