Bədəndən qopan dəri hissələri pakdırmı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-04-2016, 23:34 | Şərh sayı: (0) | Baxılıb: 283
Bədəndən qopan dəri hissələri pakdırmı?
Sual: Bədəndən qopan dəri hissələri pakdırmı?
Cavab: İslam dininə görə insanın canı və sağlamlığı möhtərəmdir. İnsana əziyyət verməklə bədənindən bir hissə (istər ət olsun, istərsə dəri) qoparmaq günahdır və həmin hissə murdar sayılır, ona toxunan şəxs də özünü pak etməlidir. Amma əgər bədəndən kiçik dəri hissəsi rahatlıqla və ağrısız qopursa, həmin dəri hissəsi murdar sayılmır. Məsələn, bəzən insanın ayağında və ya barmaqlarında dəri quruyub qabıq şəklinə düşür, onu ağrısız qopardıqda pak sayılır. Həmçinin, bəzən insanın dodağının üzərində də xırda dəri parçaları quruyur. Bu dəri parçalarını da ağrısız qoparmaq olar və onlar murdar sayılmır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər