Camaat namazının ikinci rükətinə qoşulmaq istəyən adam nə etməlidir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-04-2016, 23:32 | Şərh sayı: (0) | Baxılıb: 850
Camaat namazının ikinci rükətinə qoşulmaq istəyən adam nə etməlidir?
Sual: Camaat namazının ikinci rükətinə qoşulmaq istəyən adam nə etməlidir?
Cavab: Bu şəxs imam-camaata iqtida edrək namaza başlaya bilər. Namazın birinci rükətini bitirəndən sonra yaxşı olar ki, camaat təşəhhüd oxuyanda (çünki onların ikinci rükətidir) o, əl barmaqlarını və ayaqlarının pəncəsini yerə dayayıb dizlərini qaldırsın və sallağı vəziyyətdə oturub təşəhhüdün bitməsini gözləsin. Sonra camaatla qalxıb Həmd və surə oxusun. Əgər Həmd və surə oxumağa vaxtı çatmasa (çünki camaat üçüncü rükətdə təsbihati-ərbəə oxuyacaq) yalnız Həmd oxusun və imam-camaatın ardıyca rükuya getsin. Camaat namazı qılıb bitirəndən sonra o, dördüncü rükətini tamamlasın. Əgər imam-camaatın rüku və səcdələrinə çata bilməsə, yaxşı olar ki, ondan sonra niyyətini tək namaz qılmağa (fürada) çevirsin və həmin niyyətlə namazı tamamlasın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər