4-cü sinif şagirdləri də imtahan verəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 18:47 | Şərh sayı: (0) | Baxılıb: 346
4-cü sinif şagirdləri də imtahan verəcək
Azərbaycanda 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə növbəti qiymətləndirmə keçiriləcək.
Ixlas.Az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-2016-cı tədris ilindən start verilmiş "Zərdabi - İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi" məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla, üç istiqamətdə həyata keçirilir.
Layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir. Həmçinin, oxu bacarıqlarının formalaşdırılması və inkişafı yönündə valideynlərin biliyinin artırılması, şagirdlərin oxu prosesini təşkil edən tərəflərindən biri kimi onların bu prosesə fəal cəlb edilməsi, bu yöndə məktəb rəhbərlərinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həmçinin ictimaiyyətin diqqətini oxu bacarığının, mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyinə yönəltmək də əsas məqsədlər sırasındadır. "Zərdabi" layihəsi ibtidai təhsil pilləsi üzrə ölkə təhsil tarixində funksional savadlılığın artırılmasına, şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsinə yönəldilmiş ilk layihədir.
Bakı şəhəri daxil olmaqla, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin 800-ə yaxın sinfində təhsil alan 18 615 nəfər 4-cü sinif şagirdi layihənin hədəf qrupuna daxildir.
2015-ci il ərzində ayda iki dəfə, dekabrda isə 4 dəfə seminar-dərslər təşkil edilib. Seminar-dərslər "Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti"ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla tədris olunur. Seminar-dərslərin tədris ilinin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.
Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə layihə müddətində yazılı qiymətləndirmələr aparılır. 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabr ayında diaqnostik qiymətləndirmə aparılıb. 2016-cı ilin yanvarında növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər