Fitr namazının qılınma qaydası |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 28-07-2014, 19:20 | Şərh sayı: (0) | Baxılıb: 2724
Fitr namazının qılınma qaydası
Fitr və Qurban bayramı namazları İmam (əleyhis-salam)-ın hazır olduğu (qeybdə olmadığı) vaxt vacibdir və camaatla qılınmalıdır
İmam (əleyhis-salam)-ın qaib olduğu bizim zəmanəmizdə isə müstəhəbdir. Onu camaatla da, furada da qılmaq olar.
Fitr və Qurban bayramı namazlarının vaxtı gün çıxan vaxtdan zöhrə qədərdir.
Müstəhəbdir ki, Qurban bayramı namazını günəş qalxandan sonra qılsınlar; Fitr bayramında isə, müstəhəbdir ki, gün qalxandan sonra iftar edib fitrə zəkatı verəndən sonra bayram namazı qılsınlar.
Fitr və Qurban bayramı namazları iki rəkətir. Birinci rəkətdə Həmd-Surədən sonra beş təkbir deyilməli, hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra isə bir təkbir deyib rüku və iki səcdəni yerinə yetirib ayağa qalxmalı, ikinci rəkətdə isə (Həmd-Surədən sonra) dörd təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub beşinci təkbirdən sonra rüku, səcdəni yerinə yetirib namazı qurtarmaq lazımdır.
Fitr və Qurban bayramı namazlarının qunutunda hər dua oxunsa, kifayətdir. Amma daha yaxşı olar ki, aşağıdakı dua oxunsun:
اَللَّهُمَّ اَهلَ الكِبرِياءِ وَالعَظَمَةِ وَاَهلَ الجُودِ وَانجَبَرُوتِ وَاَهلَ العَفوِ وَالرَحمَةِ وَاَهلَ التَّقوى وَالمَغفِرَةِ اَساَلُكَ بَحَقِّ هذَا اليَومِ الَذىِ جَعَلتَهُ لِلمُسلِمِينَ عِيداً وَلِمُحَمَّدٍ صَلىَّ اللهُ عَلَيهِ وَآلِهِ ذُخراً وَشَرَفًا وَكَرَامَةً وَمَزِيداً اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تُدخِلَنىِ فِى كُلِّ خَيرٍ اَدخَلتَ فِيهِ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ وَاَن تُخرِجَنِى مِن كُلِّ سُوءٍ اَخرَجتَ مِنهُ مُحَمَّداً وَآلَ مُحَمَّدٍ صَلَواَتُكَ عَلَيهِ وَ عَلَيهِم اللَّهُمَّ اِنَّى اَساَلُكَ خَيرَ مَا سَاَلَكَ بِهِ عِباَدُكَ الصَّالِحُونَ وَاَعُوذُبِكَ مِمَّا استَعَاذَ مِنهً عِبَادُكَ المُخلَصُونَ
«Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbərut. Və əhləl əfvi vər rəhməti və əhlət təqva vəl məğfirəti əsəlukə bi həqqi hazəl yovm. Əlləzi cəəltəhu lil musliminə iyda . və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd. Və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd. Sələvatukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma sələkə bihi ibadukəs salihun, və əuzu bikə mimməstəazə minhu ibadukəl muxləsun.
Müstəhəbdir ki, Fitr və Qurban bayramı namazlarında qiraət ucadan olsun.
Bayram namazının məxsus surəsi yoxdur, amma daha yaxşı olar ki, birinci rəkətdə “Şəms”, ikinci rəkətdə isə “Ğaşiyə” Surəsi oxunsun. Yaxud birinci rəkətdə “Səbbihismə”, ikinci rəkətdə isə “Şəms” Surəsi oxunsun.
Müstəhəbdir ki, Fitir bayramı günüdə bayram namazından qabaq xurma ilə iftar etsinlər, Qurban bayramında isə namazdan sonra qurbanlıq ətindən yesinlər.
Müstəhəbdir ki, şəxs bayram namazından qabaq qusul alıb piyada, ayaqyalın, vüqarla bayram namazına getsin. Başına ağ əmmamə qoysun.
Müstəhəbdir ki, bayram namazında yerə səcdə etsinlər. Təkbirləri deyəndə əlləri yuxarı qaldırıb namazı ucadan qılsınlar.Bayram namazını tavanı olan yerdə qılmaq məkruhdur.
Əgər bayram namazının təkbir və qunutlarında şəkk olunsa, bu halda şəkkin yeri keçmiş olsa, e”tina olunmamalıdır. Amma əgər təkbirin məhəlli keçməyibsə, niyyəti az tərəfə qoymaq lazımdır. Sonradan demiş olduğu mə”lum olarsa, eybi yoxdur.
Əgər qiraəti, yaxud təkbirləri və ya qunutları unudub yerinə yetirməsə və rükuya gedəndən sonra yadına düşsə, namazı səhihdir.
Əgər rükunu, iki səcdəni və ya təkbirətül-ehramı unutsa, namazı batildir.
Əgər bayram namazında bir səcdəni, yaxud təşəhhüdü unutsa, ehtiyat-müstəhəbbə görə namazdan sonra rəca niyyəti ilə yerinə yetirsin. Əgər gündəlik namazlarda səcdeyi-səhvə səbəb olan işlərdən birini görsə, ehtiyat-müstəhəb budur ki, namazdan sonra rəca niyyəti ilə bir cüt səcdeyi-səhv yerinə yetirsin.
islamazeri.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər