Namazın vacibatı-Tərtib |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 7-05-2015, 17:05 | Şərh sayı: (0) | Baxılıb: 373
Namazın vacibatı-Tərtib
1) Tərtib və onun hökmü nədir?
Namaz, göstərilən ardıcıllıqla qılınmalıdır və namazın hər bir əməli öz yerində yerinə yetirilməlidir.Hər kim bu ardıcıllığı qəsdən pozsa, məsələn, Surəni Həmddən qabaq oxusa və ya səcdələri rükudan qabaq yerinə yetirsə, namazı batildir.
2) Səhvən tərtibi pozmaq:
1. Namazın bir rüknünü qoyub digər bir rüknünə başlamaq, məsələn, səcdələri yerinə yetirməmək və növbəti rəkətin rükusunu yerinə yetirərkən səhvi başa düşmək-namaz batildir.
2. Namazın bir rüknünü qoyub qeyri-rükn olan bir əməlinə başlamaq, məsələn, səcdələri qoyub təşəhüddü oxumaq- unutduğu rüknü yerinə yetirməli və namazı davam etdirməlidir.
3. Namazın qeyri-rüknünü qoyub rüknə başlamaq, məsələn, Həmdi qoyub rükuya əyilmək və rükuda ikən Həmdi oxumadığını xatırlamaq- namazı düzdür.
4. Namazın qeyri-rüknünü qoyub digər bir qeyri-rüknə başlamaq, məsələn, Həmdi unudub Surəni oxumağa başlamaq.Bu halda əgər rükuya getməmişdən öncə səhvini başa düşsə, unutduğu qeyri-rüknü yerinə yeirməli və namazı davam etdirməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər