Namazın vacibatı-Təşəhhüd |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 7-05-2015, 17:25 | Şərh sayı: (0) | Baxılıb: 923
Namazın vacibatı-Təşəhhüd
Namazqılan bütün namazların ikinci rəkətində, həmçinin məğrib namazının üçüncü və zöhr, əsr və işa namazlarının dördüncü rəkətində ikinci səcdədən sonra əyləşməli və bədəni hərəkətsiz halda təşəhhüd adlı zikri oxumalıdır. Bu əməl, təşəhhüd adlanır.
2) Təşəhhüdün sözləri:
Təşəhhüdün vacib zikri belədir:
"Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləhu, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu. Allahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd”.
Diqqət:
Təşəhhüdün vacib zikrindən əvvəl "Əlhəmdu lillah” və ya "Bismillahi və billahi vəlhəmdu lillahi və xəyrul-əsmai lillahi” sözlərini demək müstəhəbdir. Həmçinin təşəhhüdün salavatından sonra "və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu” zikrini demək müstəhəbdir.
Təşəhhüdün salavatını oxuyarkən "Allahummə səlli əla Muhəmmədin”ə çatdıqda vəqf edib "Muhəmməd” demək,sonra salavatın ardını "və ali Muhəmmədin”i qiraət etmək, bu halda doğrudur ki, cümləni iki hissəyə ayırmasın.
3) Təşəhhüdü unudan şəxsin vəzifəsi:
I. Əgər namazqılan üçüncü rəkətə ayağa qalxsa və rükuya getməmişdən öncə təşəhhüdü oxumadığı yadına düşsə,əyləşməli, təşəhhüdü oxumalı və sonra ayağa qalxıb namazı davam etdirməlidir. Namazı qılıb qurtardıqdan sonra bir dəfə artıq ayağa qalxdığı üçün ehtiyati-müstəhəbə görə iki səcdeyi-səhv yerinə yetirməlidir.
II. Əgər üçüncü rəkətin rükusuna getdikdən sonra və ya daha sonra təşəhhüdüoxumadığı yadına düşsə, namazı tamamlamalı və salamlar-dan sonra unudulmuş təşəhhüdün yerinə iki səcdeyi-səhv yerinə yetirməlidir. Ehtiyati-müstəhəbə görə səcdeyi-səhvdən əvvəl təşəhhüdün qəzasını yerinə yetirməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər