Müsəlmanlar Kəbədən əvvəl Beytül-Müqəddəsi neçə müddət qiblə saymışlar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 18-06-2016, 19:35 | Şərh sayı: (0) | Baxılıb: 788
Müsəlmanlar Kəbədən əvvəl Beytül-Müqəddəsi neçə müddət qiblə saymışlar?
Sual: Müsəlmanlar Kəbədən əvvəl Beytül-Müqəddəsi neçə müddət qiblə saymışlar?
Cavab: Hicrətdən əvvəl “Məkkə dövrü” adlanan 13 illik mərhələdə Həzrət Mühəmməd Peyğəmbər (s) və sair müsəlmanlar namaz zamanı üzlərini Qüds şəhərindəki Beytül-Müqəddəs məscidinə sarı çevirirdilər. Hicrətdən 18 ay keçdikdən sonra Həzrət Peyğəmbər Mədinə məscidlərinin birində müsəlmanlarla birlikdə namaz qılarkən, o həzrətə gələn vəhyin nəticəsində qiblə dəyişdirildi və namaz qılanlar o andan etibarən üzlərini Məkkəyə sarı çevirməyə başladılar. Həmin ayədə buyurulur: “(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!” (Bəqərə, 144).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər