Əsir |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-09-2015, 01:38 | Şərh sayı: (0) | Baxılıb: 384
Əsir
Əsir kimi təslim olmaq rəva deyil.
178.İmam Əli (ə):«Kim ağır yaralanmadan əsir kimi təslim olsa, onun azad olunması üçün beytül-maldan fidyə (əsirin azad olunması üçün ödənilən mal) verilməməlidir. Əgər onun ailəsi istəsə onun fidyəsi öz malından ödənilməlidir.»
179.İmam Sadiq (ə):«Allahın Peyğəmbəri (s) Əlini (ə) bəraəti elan etmək üçün göndərəndə, onunla birlikdə bir dəstə də göndərdi və onlara belə buyurdu: Kim ağır yaralanmadan əsir kimi təslim olsa bizdən deyil.»
61.Əsirlə yaxşı rəftar etmək.
Qur’an:
«Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər»
«(Ya Peyğəmbər!) Əlinizdə olan əsirlərə de: Əgər Allah ürəklərinizdə bir yaxşılıq olmasını bilsə sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah bağışlayan və rəhm edəndir.»
Hədis:
180.İmam Əli (ə):«Əsirə yemək vermək və onunla xoş davranmaq vacib haqlardandır, hətta onu sabah öldürməli olsan belə!»
181.İmam Əli (ə) İbn Mülcəm onu yaraladıqdan sonra Həsən və Hüseynə (ə) buyurdu:«Bu əsiri zindana salın, ona yemək və su verin və əsirlikdə onunla xoş davranın.»
182.İmam Sadiq (ə):«Əsirə yemək vermək onu əsir götürmüş şəxsin boynunda olan haqdır, hətta o sabah öldürülməli olsa belə! Əsirin kafir və qeyri-kafir olmasından asılı olmayaraq ona su və yemək verilməli (və kölgədə saxlanılmalıdır) və onunla mülayim davranılmalıdır.»
183.İmam Sadiq (ə):«Əli (ə) zindana salınan şəxsə müsəlmanların beytül-malından yemək verərdi.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər