Kəbül-əhbar kim olub? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 23-06-2016, 21:18 | Şərh sayı: (0) | Baxılıb: 501
Kəbül-əhbar kim olub?
Sual: Kəbül-əhbar kim olub?
Cavab: Əbu İshaq Kəb ibn Mate tabiin təbəqəsinə mənsub olan - yəni Peyğəmbəri görməyən, amma səhabələrlə görüşüb onlardan hədis nəql edən - hədis ravilərindən biridir. İslamı qəbul etməzdən əvvəl yəhudi dininə inanmış, ona görə də “Kəbül-əhbar” ləqəbi ilə tanınmışdı. “Əhbar” – “həbr” sözünün cəmidir, alim, bilikli insan deməkdir. Adətən, yəhudi və xristian alimlərini belə adlandırırdılar (bax: Tövbə, 31).
Kəbül-əhbar Ömərin hakimiyyəti zamanı İslamı qəbul etmiş, qısa müddət ərzində Qurani-Kərimdəki Bəni-İsraillə bağlı ayələrin təfsirçisi kimi tanınmışdı. Kəbül-əhbardan rəvayət edilən xəbərlərin əksəriyyəti israiliyyat qisminə aiddir, Tövratdan qaynaqlanır və İslam mənbələrində bunların əsası yoxdur. Məhz yəhudi inancına xas olan bilikləri müsəlmanlara təlqin etməyə çalışdığı üçün Kəbül-əhbar İmam Əlinin (ə), Əbuzərin tənqid hədəfinə çevrilmişdi. Bu gün də dini ədəbiyyatda “Kəbül-əhbar” ifadəsi münafiq, öz sifətini gizlədən saxtakar mənasında işlədilir. Kəbül-əhbar hicrətin 32-ci ilində (miladi 652-653-cü illər) ölmüşdür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər