Yalan danışanların cəzası artırılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 19:54 | Şərh sayı: (0) | Baxılıb: 311
Yalan danışanların cəzası artırılır
Azərbaycan məhkəmələrində bilə-bilə yalan izahat verənlər üçün tətbiq olunan cərimənin məbləği 30 dəfəyədək artırılır.
Cərimələrin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.
Yeni Məcəllə qəbul olunduqdan sonra inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə səhv tərcümə etməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə ediləcək.
Hazırda həmin şəxslərə xəbərdarlıq edilir və ya 15 manatdan 20 manatadək miqdarda cərimə tətbiq olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər