Nə bərk istidir! |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide | Vaxt: 10-03-2016, 00:12 | Şərh sayı: (0) | Baxılıb:
Nə bərk istidir!
Bir gün Həzrət İsa (ə) çöldə gedərkən güclü yağışa düşür Hansı tərəfə gedirsə, daldalanacaq bir yer tapa bilmirdi. Nəhayət, yağışın tutmadığı bir yerə gedib çıxır, görür ki, orada bir nəfər namaz qılır. Bir qədər gözlədi ki, həmin şəxs namazını bitirsin. Namazıı bitirdikdən sonra İsa (ə) ona buyurur ki, gəl yağışın dayanması üçün dua edək! O cavab verir ki, mən bunu edə bilmərəm, çünki bir günah etmişdim, ondan sonra 40 ildir ki, burda namaz qılmaqla məşğulam, deyirəm bəlkə Allah-təala tövbəmi qəbul edə. Ancaq tövbəmin qəbul olub-olmadığı məlum deyil. Çünki Allahdan istəmişəm ki, tövbəmin qəbul ediləcəyi təqdirdə Peyğəmbərlərindən birini buraya göndərsin. Bunu eşidən İsa (ə) buyurur ki, gözün aydın olsun, tövbə artıq qəbul edilmişdir. Mən İsa peyğəmbərərm. İndi de görüm nə günah etmişdin ki, 40 ildir ki, burada namazla məşğulsan? Həmin şəxs belə cavab verir: Bir gün yay vaxtı evdən çıxıb havanın həddən artıq isti olduğunu görəndə dedim ki, nə bərk istidir!"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər