Duanın qəbul olunmasının 2 şərti |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 10-04-2017, 21:53 | Şərh sayı: (0) | Baxılıb: 223
Duanın qəbul olunmasının 2 şərti
İmam Sadiq (ə) buyurur: “Elə bir bəndə yoxdur ki, Əziz Cabbar olan Allah Təalaya tərəf əllərini açsın, Allah-Təala da xəcalət çəkər ki, onu boş qaytarsın, Öz məsləhəti ilə fəzl rəhmətindən ora bir şey qoyar. Ona görə də nə zaman sizlərdən biriniz dua edirsiniz, əllərinizi üzünüzə və başınıza çəkmədən geri qaytarmayın”. (Erfan)
Dua Yaradan ilə yaranmış arasında olan mənəvi rabitədir. Dua Dostunu yada salmaq, adını dilinə gətirmək, ətaların açarı və İlahi qürb vasitəsidir. Dua möhtac və həqir bəndənin Allahın dərgahına üz tutması və Ona müştaq olmasıdır. Allah Təala Özü də Quranda buyurur: “Əgər Mənim dərgahıma gəlməsəniz və Məndən bir şey istəməsəniz, sizə diqqət etməyəcəyəm”.
Duanın iki mühüm şərti vardır ki, əgər olarsa, həyata keçər. Birincisi budur ki, dua həqiqi olmalıdır. İkincisi isə dua ixlaslı olmalıdır.
Həqiqi dua.
İnsanın Allahdan istədiyi şey – xeyir olmalıdır. Günah və ya günaha səbəb olan şeylər olmalı deyildir. Yalnız bu zaman dua həqiqi olar. İmam Əli (ə) buyurur: “Ey dua edən! Heç bir zaman olmayacaq şeyi və ya günahı Allahdan istəmə”.
İxlaslı dua.
Quranda buyurulur: “Din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın”. (“Əraf” 29).
Bəzən insanın duası həqiqi duadır, Allahdan həqiqətən də xeyirli işlər istəyir. Ancaq dua edən zaman Allahı çağırmaz. Dilində Allahın adını çəkər, ancaq qəlbi adi işlərdə olar. İmam Sadiq (ə) buyurur: “O zaman ki, sizlərdən kimsə Allahdan bir şey istəyir və yerinə yetməsinin intizarında olur, gərək bütün insanlardan məyus olsun. Ümidi ancaq Allaha olsun. O zaman ki, Allah bəndənin qəlbində bunu bilərsə, hər nə istəsə ona verər”.
Allah İsaya (ə) buyurur: “Ey İsa! Məni qəmli, qərq olan bəndə ki, heç bir yavəri olmaz, onun halı ilə çağır!”.
Duanın dünya təsirləri:
1. Bəlanı dəf edər. İmam Sadiq (ə) buyurur: “Hər kim bəladan qorxarsa və sonra dua edərsə, Allah həmin bəlanı ondan uzaqlaşdırar”.
2. Ruzinin artması. Həzrət Peyğəmbər (s) buyurur: “Dua, ruzini artırar”.
3. Düşməndən nicat tapmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Sizi o şeyə hidayət edimmi ki, düşməndən nicata və ruzinin artmasına səbəb olar?”. Deyirlər: “Bəli”. Buyurur: “Gecə və gündüz Allahınızı çağırın. Çünki həqiqətən də dua – möminin silahıdır”.
4. Xəstəliklərin şəfasıdır. İmam Sadiq (ə) buyurur: “Dua edin, çünki o, hər dərdin dərmanıdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər