RSS
 

Login:
Şifrə:
» » Quranda alimlərin məqamı

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Quranda alimlərin məqamı

 
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 13-11-2015, 01:57 | Şərh sayı: (1) | Baxılıb: 3239

Quranda alimlərin məqamı


Quranda alimlərin məqamı


Qurani-kərimdə buyurulur:

يَرْفَع اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ

«Allah, sizlərdən iman gətirənlərin dərəcəsini yüksəldər və elm (şüur, agahlıq və mərifət) verilən şəxsləri müəyyən dərəcələrə nail etdirər.»

فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا

«Allah, öz malları və canları ilə cihad edənlərə, cihada getməyənlərdən üstünlük bağışlayar.»

وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا

«Hər kəs bir nəfəri diriltsə (onu azğınlıq və cəhalət ölümündən xilas etsə) sanki bütün insanları diriltmiş olur.»
İlahi alimlər də insanların ölmüş bədənlərinə ruh üfürürlər.
İncə nöqtələr:
Qurani-kərimdə şəhidlər, mücahidlər və möminlər barəsində «əcrən» və «dərəcətən» kəlmələri tək halda işlənir, lakin alimlərlə əlaqədər cəm formasında «dərəcat» kəlməsi işlədilir. Şübhəsiz, o İlahi alimlər nəzərdə tutulur ki, bir insanı hidayət etdikləri təqdirdə sanki bütün insanları diriltmiş olurlar. Onların məqamları hamının məqamından yüksəkdədir.
Alimlərdən soruşmaq
Mütəal Allah insanlara əmr edərək buyurur:

فَاسْئَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

«Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.»
Allah hökmlərindən və İlahi elmlərdən agah olan məsum İmamlar kimi şəxsiyyətlər «zikr əhli»nin kamil nümunələridir. Sonrakı mərhələlərdə isə onlar tərəfindən təyin olunan, kiçik qeybət dövründə xüsusi naiblər, böyük qeybət dövründə isə ümumi naiblərdən ibarət olan naiblər, vəkillər və əmirlər gəlir, yəni imamlardan sonra bütün şəraitlərə malik olan fəqihlər öz dövrünün zikr əhlinin nümunələridir, onların verdikləri fətva şəri baxımdan höccət və dəlil sayılır. Əks halda Allahın bu işə əmr etməsi mənasız olardı. Soruşmaq lazım olduğu halda itaət etmək də hamı üçün İlahi bir vəzifədir.
İncə nöqtələr:
1. Əgər insan alimlərin elmi məqamından bəhrələnmək istəsə cavab verən şəxsə etimad etməli və ona itaət etməyi özünə vacib bilməli, onların verdiyi cavabı şəri bir dəlil hesab etməlidir. Çünki Allah yalnız kəlamın özü höccət olduğu təqdirdə soruşmağı əmr edər.
2. Müəyyən şəxslər məsum İmamlardan sual soruşurdular, İmam öz səhabələrinə xitab edərək buyururdu: «Siz onun cavabını verin.» Yaxud Bəsrədən bir şəxs gəlib sual edirdi, İmam buyururdu: «Bizim nümayəndəmiz oradadır. O nə deyirsə haqdır.»
İmam (əleyhissalam) öz şagirdlərinə buyurardı: «Fətva verin və İlahi hökmləri bəyan edin.» Bu da göstərir ki, İlahi alimlər İmamın həm hazır olduğu, həm də qeybdə olduğu dövrdə zikr əhlinin nümunələridir. Deməli, haqqı bəyan edən İmamın sözü və əməli bu barədə hamı üçün höccəti tamam etmişdir, belə ki, alimlərdən elm kəsb etmək və onlara itaət etmək lazımdır.
Fitrət yolunda elm

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا

«Üzünü (öz qüdrət, hünər və istedadını) Allahın dininə və İslama yönəlt, bu, Allahın yaratdığı xilqətdir ki, camaatı o əsasda yaratmışdır.»
Fitrət yolu olan dini tanımaqda müəllim görməyə və təhsil almağa ehtiyac duyulur. İnsan bir yolu tanımayınca onu getməyə qadir ola bilməz. Dini düşünüb dərk etmək və mərifət kəsb etmək üçün zikr əhlindən ibarət olan mütəxəssislərdən istifadə etmək lazımdır. İlahi fitrətdən ibarət olan yaradılış yolunda qərar tutmağın iki yolu vardır: Biri bundan ibarətdir ki, mütəxəssis insanın özü müctehid və fəqih olsun, digəri isə bundan ibarətdir ki, bunlara təqlid edərək elm əxz etsin. Deməli, alimlərin və fəqihlərin sözləri şəri və əqli baxımdan höccət, dəlil və bürhandır. İnsan onlara itaət etməyincə Allahın razılığından ibarət olan hədəfə çatmayacaqdır.
Təfəkkür və alimlər

وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ

«Biz o misalları camaat üçün gətiririk, yalnız alimlər və mütəfəkkirlər o misallarda fikirləşirlər.»
Buna görə də məhz onlar zərif, incə, lətif və ibrətamiz nöqtələri dərk edərək bəhrələnirlər.
İncə nöqtələr:
1. Quranın gətirdiyi misallar hiss olunan və sadə bir tərzdə olub mühüm mətləbləri bəyan edir, çox çətin və əqli məsələləri aydınlaşdırır ki, insanlar həqiqətləri dərk edə bilsinlər.
2. Qurani-kərim etiqadi, əxlaqi, iqtisadi və sair kimi məsələləri ən yaxşı başa salmaq yolu olan misal gətirməklə nəql edir və tarixi nümunələr, misallar və mətləbləri bəyan etmək yolu ilə mühüm elmi məsələləri bəyan edir. Bunların hamısında İlahi alimlər və mütəfəkkirlər Allahın sonsuz elm dəryasının üzgüçüləri kimi Qurandan bəhrələnir, bu dəryaların ənginliklərində olan qiymətli sədəf və gövhərləri çıxarıb cəmiyyətə təqdim edirlər ki, insanı, həyatın bütün yönlərində fitrət və kamal yoluna hidayət etsinlər.

Alimlər və Allahdan qorxmaq

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء

«Allah bəndələrindən yalnız alimlər Onun dərgahında qorxurlar.»
Öz mərifət, bəsirət və irfanları ilə Allaha aşiq olan İlahi alimlər Allahın əzəmət və cəlalı müqabilində lərzəyə düşərək qorxur və aşağıdakı ayənin buyurduğu şəxslərdən olurlar:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

«(Həqiqi) möminlər o kəslərdir ki, hər vaxt Allahı yad etdikdə onların qəlbləri qorxur, onlara İlahi ayələr tilavət olunarkən imanları artır və yalnız öz rəblərinə təvəkkül edirlər.»
İncə nöqtələr:
1. Xəşyət – Allahın heybət, cəlal və əzəməti ilə əlaqədar mərifət və məhəbbət üzündən yaranan bir qorxudur. Amma xovf isə İlahi əzabdan və günahların qorxusundan yaranan bir halətdir.
2. Həqiqəti tanıyanlar Allahın hüzurunda xüzu-xüşu, xovf və xəşyətə malik olurlar.
3. Mərifətin səviyyəsi nə qədər yüksələrsə Allahın ədalət və heybətindən yaranan qorxu da bir o qədər çoxalar.
4. Bəndəçilik olmadan əldə edilən elmin faydası yoxdur və insanda xovf ilə ümid məqamını yaratmır.

Fəqih olmaq üçün hicrət etmək

«Nəfr» ayəsi alimlərin hidayət edib yol göstərməsinin xüsusi məqamına dəlalət edir. Bu hədəf o zaman həyata keçir ki, camaat onlara verilən göstərişlər müqabilində öz vəzifələrinə əməl etsinlər. Əks halda, ümmətin arasından köç etməyin mənası olmazdı:

فَلَوْلاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

«Nə üçün onlardan bir qrupu dində agahlıq tapmaq üçün köç etmirlər ki, öz qövmlərinə doğru qayıtdıqda onları qorxutsunlar, bəlkə onlar da qorxalar.»
İbrətli nöqtələr:
1. Allahın dinini öyrənib sonra öyrətmək üçün hicrət edilməlidir və alimlər öz qövmlərini və insanları Allahdan qorxutmalıdır.
2. İnsanlar günahlardan uzaq olmaqla, vacib əməlləri yerinə yetirməklə Allahın bəyəndiyi təqvanı əldə etməlidirlər.
3. Yuxarıdakı ayədəki mədəni və elmi səfərbərlik İlahi bir vəzifə sayılır və ondan üz çevirməyin cəzası vardır. Buna görə də müharibə üçün hazırlığa, qabiliyyətə malik olanlar müharibədə, İlahi elmləri kəsb etmək üçün bacarıq və hazırlığı olanlar isə məhz bu istiqamətdə səfərbər olunmalıdırlar.
4. Əgər fəqihlərə itaət etmək insanların vəzifəsi olmasaydı bu ayədəki elmi səfərbərlik və qayıtdıqdan sonra insanları hidayət etmək mənasız olardı.
5. Camaatın vəzifəsi bundan ibarətdir ki, böyük qeybət dövründə alimlərin əmr və fərmanlarına tam diqqət yetirsinlər, öz həyatlarında onların göstərişlərini əməli olaraq həyata keçirsinlər ki, əbədi xoşbəxtliyə nail olsunlar. Çünki onlar Allah hökmlərini Qurandan və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətindən əldə edirlər.



Şərhlər

 
 
| | |

♥CAN RUQEYYA♥

25 noyabr 2015 17:14 Offline
allah razi olsun
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor