Nərcis xanım kənizdirmi? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 14-01-2016, 00:08 | Şərh sayı: (0) | Baxılıb: 355
Nərcis xanım kənizdirmi?
Sual: Nərcis xanımın kəniz olaraq ilk sahibi kim olmuşdur?
Cavab: Bu mövzu barədə üç nəzəriyyə irəli sürülmüşdür:
Nərcis xanım kəniz olaraq İmam Hadinin (ə) malikiyyətinə keçdikdən sonra İmam (ə) onu oğlu İmam Həsən Əskəri (ə) ilə evləndirir. Nəql olunan rəvayətlərin birində buna işarə olunmuşdur (“Biharul-ənvar”, c.51).
İkinci fərziyyəyə əsasən, onun sahibi İmamın ailəsindən olan İmam Hadinin (ə) qızı Həkimə olmuşdur. Bu fərziyyəni də müdafiə edə biləcək bəzi rəvayətlər mövcuddur. İmam Hadinin bacısına: “Nərcisi oğluma tərəf göndər” – adlı sözü də bəzi rəvayətlərdə qeyd edilmişdir (“Kəmalud-din”, səh.426-427).
Üçüncü fərziyyə isə yuxarıda qeyd etdiyimiz iki fikrin cəmləşməsindən yaranmışdır. Belə ki əvvəlcə İmam Hadi (ə) bir nəfəri göndərir ki, kənizi onun üçün alsın. Kənizi aldıqdan sonra isə bacısına hədiyyə edir. Bu ehtimal rəvayətlər arasında cəm etmə cəhətinə görə əmələ gəlmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər