RSS
 

Login:
Şifrə:
» » Rəfz nədir və Rafizi kimdir?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Rəfz nədir və Rafizi kimdir?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 07:10 | Şərh sayı: (0) | Baxılıb: 1155

Rəfz nədir və Rafizi kimdir?


Rəfz nədir və Rafizi kimdir? Tədqiqə ehtiyacı olan terminlərdən biri də "rəfz” və "rafizi” sözləridir. Tarix boyu İslam firqələri öz müxaliflərini əzmək, sıradan çıxarmaq üçün müxtəlif adlardan istifadə etmişlər. Təəssüflər olsun ki, Əməvilər dönəmində kütlənin məlumatsızlığı, hakim dairənin siyasəti nəticəsində bu metod geniş yayılmışdır. "Rəfz” və "rafizi” sözləri də belə terminlərdəndir. Bir çox müəlliflər şiəliyi belə adlandırmışlar.

Rəfz sözünün leksik və terminoloji mənası

Rəfz sözü ərəb dilində "tərk etmək” mənasını ifadə edir. Nəyisə tərk edənə rafizi deyilir. Tarix və kəlam alimləri arasında bu sözün bir termin kimi hansı mənaları ifadə etməsi haqqında fikir ayrılığı var: Bəzilərinə görə, "rəfz” sözü bir termin kimi vəhyi tərk edib mifologiyaya, fetişizmə (büt-pərəstliyə) üz gətirmək mənasını ifadə edir. Başqa sözlə desək, "rəfz” yenidən cahiliyyət dəyərlərini qəbul etməkdir. Bu sözü Abdullah ibn Səba adlı birinə aid edirlər. Guya o, Əli ibn Əbu Talibi peyğəmbər (s) hesab edir və bu ideya ilə İslam dinini tərk edirdi."Məqalat əl-islamiyyin” kitabında deyilir: "Onları rafizi adlandırdılar. Çünki dini tərk etdilər”. Bəzilərinə görə, "rəfz” və "rafizi” ifadələri h. q. 122-ci ildə Zeyd ibn Əli dönəmində işlənməyə başlamışdır. Bağdadi yazır: "Zeydiyyə məzhəbini rafizi adlandırırdılar”. Fəyyumi yazır: "Rafizilər bir qrup Kufə şiələridirlər. Onları belə adlandırırdılar. Çünki onlar Zeyd ibn Əlini səhabələrə nalayiq sözlər demədikdə tərk etdilər. Lakin o, Əbu Bəkr və Ömərə qarşı çıxmadı. Sonralar bu termin məlum məzhəbdə ifrat edərək səhabələrə lənət oxuyanlar haqqında işlədilməyə başladı”. Bu versiya doğru deyil. Çünki tarixçilər Zeyd ibn Əli hərəkatı haqqında yazarkən bu məsələyə toxunmamışlar. Onlar yalnız kufəlilərin onu tək qoyduqlarını, beyətə vəfa qılmadıqlarını qeyd etmişlər. Kufəlilər bundan öncə də vəfasızlıqla məşhur olmuşlar. Çünki onun babası Hüseyni (ə) də tək qoymuşdular. "Rafizi” sözü kİmlər haqqında İşlənmİşdİr? Rical və tarix alimləri "rafizi” sözünü fərqli mənalarda işlətmişlər. İki şeyxin (Əbu Bəkr və Ömərin) müxalifləri; Zaman keçdikcə bu termin Əbu Bəkr və Ömərə qarşı olduqlarına görə İmamiyyə şiələrinə aid olunmağa başladı. Əbu əl-Həsən Əşəri yazır: "İmamiyyəni "rafizi” adlandırdılar. Çünki onlar Əbu Bəkr və Öməri tərk etdilər”. Zəhəbi "Mizan əl-etidal” və İbn Həcər Əsqəlani "Təhzib ət-Təhzib” əsərində "rafizi” sözünün iki şeyxə (Əbu Bəkr və Ömərə) lənət oxuyanlara aid olduğunu qeyd edir. Əlinin (ə) daha fəzilətli olduğuna inananlar; "Rafizi” sözü Əlinin (ə) Əbu Bəkr və Ömərdən daha fəzilətli, üstün olduğu haqqında da işlədilmişdir. Əsqəlani yazır: "Şiəlik Əliyə (ə) məhəbbətdən, onu digər səhabələrdən üstün hesab etməkdən ibarətdir. Deməli, Əlini (ə) Əbu Bəkr və Ömərdən üstün hesab edənlər rafizi və ifratçı şiədirlər”. Əhli-beytə (ə) məhəbbət bəsləyənlər.Rafizi sözünün digər işlək mənası isə Əhli-beytə sevgisi olanlardır. Belə ki, Məhəmməd ibn İdris Şafeinin şeirlərində deyilir:ان کان رفضا حب ال محمد فلیشهدوا الثقلان انی رافضی"Əgər Məhəmmədin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək rafizi olmaqdırsa, o zaman insanlar və cinlər mənim rafizi olduğuma şahid olsunlar”.2 Bu termİnİn meydana gəlməsİTarixçilər bu terminin meydana gəlməsinin tarixi haqqında bir neçə versiya irəli sürmüşlər:1. Bu adı Zeyd ibn Əli ibn Hüseyn (ə) öncə ona beyət edib, sonra beyətlərinə əməl etməyən, onu tək qoyan Kufə şiələrinə vermişdir. Onlar Zeydin Əbu Bəkr və Ömər haqqında müsbət fikirdə olduğunu öyrənib onu tərk etdilər və buna görə də rafizi adlandılar.3Bu versiya doğru deyil. Çünki tarixçilər Zeyd ibn Əli hərəkatı haqqında yazarkən bu məsələyə toxunmamışlar. Onlar yalnız kufəlilərin onu tək qoyduqlarını, beyətə vəfa qaılmadıqlarını qeyd etmişlər. Kufəlilər bundan öncə də vəfasızlıqla məşhur olmuşlar. Çünki onun babası Hüseyni (ə) də tək qoymuşdular. 2Rafizi termini hələ Zeyd ibn Əli dünyaya gəlməzdən öncə adi insanlar arasında geniş yayılmış siyasi termin olmuşdur. Siyasi hakimiyyətin dini legitimliyini qəbul etməyənlər rafizi adlandırılmışlar. Buna görə də Müaviyə öz müxaliflərini rafizi adlandırmışdır.Nəsr ibn Müzahim "Vəqəti-Siffeyn” kitabında Müaviyənin Fələstində yaşayan Əmr ibn Asa ünvanladığı məktubda Mərvan ibn Həkəm və onunla həmfikir olan silahdaşlarını rafizi adlandırdığını yazır. Buna səbəb isə onların Əlinin (ə) hakimiyyəti ilə razılaşmamaları idi. Bu rafizi sözünün Zeydin dünyaya gəlişindən öncə də siyasi termin kimi işləndiyini göstərir.2. Tarixi qaynaqlar göstərir ki, Bəni-Üməyyə dönəmində Əhli-beyt (ə) və şiələrinin düşmənləri bu termini hakimiyyətə qarşı olduqları üçün onlara aid edir və rafiziliyi bağışlanmaz günah hesab edirdilər. Əbu Bəsir nəql edir: "İmam Sadiqə (ə) dedim: "Camaat bizi "rafizi” adlandırır”. Həzrət (ə) buyurdu: "Allaha and olsun, onlar sizi "rafizi” adlandırmırlar. Sizi "rafizi” adlandıran Allahdır. Həqiqətən, Bəni-İsrailin yetmiş nəfər ən yaxşısı həzrət Musaya (ə) iman gətirdilər. Buna görə də onları "rafizi” adlandırdılar. Ey Əbu Bəsir! Camaat xeyri tərk edib şərə qucaq açdı. Siz isə şəri tərk edib xeyrə qucaq açdız”.1 Rafİzİ sözünün əhlİ-sünnə qaynaqlarına yol tapmasıBəni-Üməyyə, Bəni-Abbas və digər yanlış düşüncəlilər daim şiələri, Əhli-beytin (ə) imamətinə etiqad bəsləyənləri rafizilikdə ittiham etmişlər. Lakin təəccüblü olsa da ittiham etmələri ilə yanaşı şiə rəvayətçilərindən hədis nəql etmişlər. Misal üçün, əhli-sünnə hədisşünasları altı səhih kitabın bir qrup rəvayətçilərini rafizilikdə ittiham etmələri ilə yanaşı onlardan hədis də nəql edirlər. Bu, onları ədalətli, etimadlı hesab etdiklərini göstərir. Nümunə üçün bir neçə rəvayətçinin adını çəkmək olar:1. İsmayıl ibn Musa Fəzari (h. q. 245); İbn Həcər yazır: "O, rafiziliyə aid edilmişdir”. Zəhəbi yazır: "O, Kufə şiələrindən hesab olunur. İbn Ədi yazır: "Şiəlikdə ifrata vardığı üçün tənqid edilmiş. Buna baxmayaraq, Əbu Davud və İbn Macə ondan rəvayət nəql etmiş. Bükeyr ibn Abdullah Tayi (Zəxm kimi tanınmışdır. İbn Həcər onun məqbul olduğunu vurğulamış və onu rafizilikdə ittiham etmişdir. Buna baxmayaraq, "Səhihi-Müslim” və "Sünəni-Macə” kitablarında onun rəvayətləri qeyd edilmişdir. Təlid ibn Süleyman Məharibi (h. q. 190); Əbu Davud onu rafizi və Əbu Bəkri, Öməri söyən pis biri olaraq təqdim etmişdir. Lakin buna baxmayaraq, Tirmizi "Sünən” əsərində ondan rəvayət nəql etmişdir. Əccəli onun (nəql baxımından) qorxulu olmadığını qeyd etmişdir. Süveyr ibn Əbu Faxitə;Əccəli onun (nəql baxımından) qorxulu olmadığını qeyd etmişdir. Yunus ibn İshaqdan "Nə üçün Süveyrdən hədis nəql etmirsən?” - deyə soruşduqda dedi: "Süveyr rafizidir”. Lakin buna baxmayaraq, Tirmizi ondan hədis nəql edir. Cabir ibn Yəzid Cöfi (h. q. 128);Süfyan yazır: "Mən hədis nəql etməkdə Cabir Cöfi qədər təqvalı insan görmədim”. Zəhəbi onu böyük şiə alimlərindən hesab etmiş, İbn Həcər isə rafizi adlandırmışdır. Buna baxmayaraq, onun hədisləri "Sünəni-Əbu Davud”, "Sünəni-İbn Macə” və "Sünəni-Tirmizi”də nəql edilmişdir. Cümey ibn Ümeyr;İbn Hatəm onu düzdanışan və hədiz nəqlinə səlahiyyəti olan rəvayətçi hesab etmişdir. İbn Həyyan onu rafizi adlandırmışdır. Buna baxmayaraq, onun hədisləri "Sünəni-Əbu Davud”, "Sünəni-Nəsai”, "Sünəni-İbn Macə” və "Sünəni-Tirmizi”də nəql edilmişdir.. Haris ibn Abdullah Həmdani (h. q. 65);Zəhəbi onun haqqında yazır: "Əllamə İmam Züheyr Haris ibn Abdullah ibn Kəb ibn Əsəd Həmdani Kufi Əlinin (ə) səhabələrindən olmuşdur. O, böyük biliyə malik fəqih idi. İslamın erkən çağlarında şiə alimlərindən sayılırdı”. İbn Hibban onu şiəlikdə qülüv edənlər sırasına daxil etmişdir. İbn Həcər yazır: "Onun şiə olduğu göstərilmişdir”. Buna baxmayaraq, onun hədisləri "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi”, "Sünəni-İbn Macə” və "Sünəni-Nəsai” də nəql edilmişdir.8. Həmran ibn Əyun;İbn Hibban onu siqə rəvayətçilər sırasına daxil etmişdir. İbn Həcər isə onu rafizi adlandırmışdır. Buna baxmayaraq, "Sünəni-İbn Macə”də ondan hədislər nəql olunmuşdur. Ziyad ibn Münzir (h. q. 50);İbn Hibban onu etibarlı rəvayətçilər sırasına daxil etmişdir. İbn Ədi onu Kufə qalilərindən biri kimi qələmə vermişdir. İbn Həcər isə onun rafizi olduğunu qeyd etmişd. Buna baxmayaraq, Tirmizi ondan rəvayət nəql etmişdir. 10. Səd ibn Tərif Kufi; Əbd ər-Rəhman ibn Həkəm ibn Bəşir ibn Salman onu şiəlikdə qülüv edən, Fəllas şiəlikdə ifrata varan, Əmr ibn Əli şiəliyə aludə olmuş və İbn Həcər rafizi hesab etmişdir. Buna baxmayaraq, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də onun nəql etdiyi hədislər qeyd edilmişdir.11. Süleyman ibn Qerm Nəhvi;Əhməd ibn Hənbəl onu etibarlı hesab etmişdir. Lakin İbn Hibban onun qülüv edən rafizi olduğunu bildirmişdir. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim” "Sünəni-Əbu Davud” "Sünəni-Tirmizi”də yer almışdır.12. Übbad ibn Yəqub Əsədi Kufi (h. q. 250);Əbu Hatəm onu etibarlı, Darqutni, İbn Həcər və Zəhəbi isə onu düz danışan hesab etmişlər. Buna baxmayaraq, İbn Həcər onu rafizi, Zəhəbi isə qülüv edən şiə, bidətlərin başında duran hesab etmişdir.Onun rəvayətləri "Səhihi-Buxari, "Sünəni-Tirmizi” və "Sünəni İbn Macə”də yer almışdır.13. Abdullah ibn əl-Qüddus Razı;İbn Həcər onun düz danışan olduğunu bildirmişdir. Buna baxmayaraq, Əbu Übeyd və ibn Həcər onu rafizlikdə ittiham etmişlər. Zəhəbi onun kufəli rafizi olduğunu bildirmişdir Onun rəvayətləri "Səhihi-Buxari” və "Səhihi-Tirmizi”də öz əksini tapmışdır.14. Abdullah ibn Saleh Hərəvi (h. q. 233);Yəhya ibn Muin onun etibarlı və düz danışan olduğunu bildirmişdir. Buna baxmayaraq, Darqutni onu xəbis rafizi adlandırmışdır Onun rəvayətləri "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 15. Əbd əl-Məlik ibn Əyun Kufi;Əbu Hatəm onu düz danışan və hədisləri yazılan biri olaraq təqdim etmişdir. İbn Hibban onu etibarlı rəvayətçilərdən biri hesab etmişdir. Əqili onu rafizi şiə adlandırmışdır. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Tirmizi” və "Sünəni-Nəsai”də nəql olunmuşdur.16. Abdullah ibn Musa (h. q. 120-213);İbn Səd onu etibarlı, çox hədis nəql edən kimi təqdim etmişdir. İbn Əsir onu səhih və Buxarinin hədis nəql etdiyi şeyxlərdən biri kimi təqdim etmişdir İbn Məndə Əhməd ibn Hənbəlin camaatı ona doğru çağırdığını nəql edir. Bir halda ki, o məşhur rafizi idi. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-İbn Macə” və "Sünəni-Nəsai”də nəql olunmuşdur. 17. Osman ibn Əmir Bəcəli Kufi;İbn Ədi deyir: "O, səviyyəcə düşük etiqadlara malik idi və şiəlikdə ifrat edirdi. "Rəcət”ə inanırdı. Etimadlı şəxslər ondan hədis nəql etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə” nəql olunmuşdur.18. Əli ibn Zeydi Timi Bəsri (h. q. 129);Yəqub ibn Şeybə onunn etibarlı rəvayətçi olduğunu bildirmişdir. Yəzid ibn Zürəy onu rafizi kimi vəsf etmişdir. İbn Ədi onu şiəlikdə ifrat edən hesab etmişdir. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 19. Əmmar ibn Züreyq Kufi (h. q. 195);Zəhəbi onun etimadlı olduğunu bildirmişdir. İbn Hibban onu etibarlı rəvayətçilər sırasında qeyd etmişdir. Süleymani onu rafizilərdən hesab edir. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Nəsai” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 20. Əmr ibn Sabit Bəkri (h. q. 172); İbn Həcər və Əbu Davud onu rafizilikdə ittiham etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Tirmizi” və "Sünəni-Əbu Davud”da nəql olunmuşdur.21. Əmr ibn Həmmad Qənnad (h. q. 22);Əbu Hatəm onu düz danışan, Məhəmməd ibn Abdullah Həzrəmi isə etibarlı hesab etmişdir. Acüri deyir: Əbu Davuddan Əmr ibn Həmmad ibn Təlhə haqqında soruşdum. Dedi: "O, rafizilərdəndir”. İbn Həcər onun rafizi olduğunu bildimişdir. Zəhəbi onu düz danışan rafizi adlandırmışdır. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Müslim”də, və "Sünəni-Əbu Davud”da nəql olunmuşdur. 22. Əmr ibn Abdullah ibn Übeyd Kufi (h. q. 127);Yəhya ibn Muin, Əhməd ibn Hənbəl, Əbu Hatəm və Əccəli onun etibarlı olduğunu bildirmişlər. O, otuz səkkiz nəfər Peyğəmbər (s) səhabəsindən hədis eşitmişdir. İbn Qüteybə və Şəhristani onu imamiyyə şiə şəxsiyyətlərindən hesab etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Nəsai”, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur.23. Qalib ibn Hüzel Kufi;Zəhəbi onu düz danışan kimi təqdim etmişdir. Buna baxmayaraq, İbn Həcər və digərləri onu rafizilikdə ittiham etmişlər və "Sünəni-Nəsai”də onun rəvayətləri nəql olunmuşdur. 24. Məhəmməd ibn Raşid Xuzai (h. q. 160);Nəsai onu etibarlı, Əbu Hatəm isə düz danışan və "həsən” hədislər nəql edən rəvayətçi hesab etmişdir. Buxari Əbd ər-Rəzzaqın belə dediyini nəql etmişdir. "Hədis nəql etməkdə ondan daha təqvalısını görmədim”. Məhəmməd ibn Raşid onu rafizi kimi təqdim etmişdir. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud”, "Sünəni-İbn Macə”, "Sünəni-Nəsai” və "Sünəni-Tirmizi”də nəql olunmuşdur. 25. Musa ibn Qeys;İbn Həcər onu düz danışan, Yəhya ibn Muin isə etimadlı hesab etmişdir. Əqili onun rafizilikdə qülüv edən olduğunu bildirmişdir. Buna baxmayaraq, Əbu Davud "Sünən” əsərində ondan hədis nəql etmişdi. 26. Mina ibn Əbu Mina Qurəşi;İbn Hibban onu etibarlı rəvayətçilərdən hesab etmişdir. Buna baxmayaraq, İbn Həcər demişdir: "O, rafizilikdə ittiham olunmuşdur”. Tirmizi "Səhih” əsərində ondan rəvayət nəql etmişdir. 27. Nasih ibn Abdullah Kufi; 28. Nəfi ibn Haris Kufi;İbn Hibban onu etibarlı rəvayətçilərdən hesab etmişdir. İbn Ədi isə onu Kufə qülüv edənlərindən hesab etmişdir. Əqili onu ifratçı, qülüv edə rafizi hesab etmişdir Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 29. Harun ibn Səd Əccəli;İbn Həcər onu düz danışan hesab etmişdir. Əqili onu ifratçı, qülüv edə rafizi hesab etmişdir. Buna baxmayaraq, onun hədisləri "Səhihi-Müslim”də yer alımışdır. 30. Haşim ibn Büreyd Kufi;İbn Muin, İbn Həcər və başqaları onun etibarlı olduğunu bildirmişlər. Zəhəbi onu rafizilyə aid etmişdir. İbn Ədi deyir: "Deyilənə görə, o şiəlikdə qülüv edirmiş”. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud” və "Sünəni-Nəsai”də nəql olunmuşdur. 31. Vəki ibn Cərrah; Zəhəbi onu elm dəryası adlandırmışdır. Əhməd ibn Hənbəl demişdir: "Mən Vəkidən daha hafiz, daha tutumlu adam görmədim”. İbn Səd onu etibarlı, əmin, alim, çox hədis nəql edən və höccət adlandırmışdır. Yəhya ibn Muin deyir: "Mən Mərvan ibn Müaviyənin yanında bir lövhə gördüm. Orada şeyxlərin (rəvayətçilərin) adları yazılmışdı. Misal üçün, filankəs rafizidir və s. və Vəki rafizidir”. Buna baxmayaraq, onun rəvayətləri "Səhihi-Buxari”, "Səhihi-Müslim”, "Sünəni-Əbu Davud”, "Sünəni-Tirmizi” və "Sünəni-İbn Macə”də nəql olunmuşdur. 32. Yusif ibn Həbbab Üsəyyidi;İbn Şahin onu etibarlı və düz danışan hesab etmişdir. İbn Həcər onu düz danışan hesab etmişdir. Əqili onu rafizilikdə ifrat və qülüv edən hesab etmişdir.İbn Həcər deyir: "Onu rafiziliyə aid etmişlər”. Zəhəbi onu açıq şəkildə rafizi hesab edir. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Nəsai”, "Sünəni-İbn Macə” və "Sünəni- Tirmizi”də nəql olunmuşdur.33. Əbu Həmzə Sümali (h. q. 150); İbn Həcər və Süleymani onu rafizi hesab etmişlər. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni- Tirmizi”də nəql olunmuşdur. 34. Əbu Abdullah Cədəli.Yəhya ibn Muin onu etibarlı hesab etmişdir. Zəhəbi onu şiə və xəlifələrə qarşı kinli hesab etmişdir. Lakin Əhməd onu etibarlı hesab etmiş və İbn Qüteybə qülüv edən rafizilər sırasında yer vermişdir. Buna baxmayaraq, onun rəvayətləri "Sünəni-Əbu Davud" və "Sünəni- Tirmizi”də nəql olunmuşdur. "Rafİzİ”lİyİ məzəmMət edən hƏdİslərİN tənqİdİ Doktor Nasir ibn Abdullah ibn Əli əl-Qifari "Üsul məzhəb əş-şiə” kitabında yazır: "İbn Əbu Asim rafizilik haqqında dörd hədis nəql etmişdir. Lakin Nasir əd-Din Albani bu hədislərin sənəd silsiləsini incələyərkən onların zəif olduğunu etiraf etmişdir”. O, Təbəranidən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ey Əli (ə), ümmətim arasında Əhli-beyt (ə) məhəbbəti ilə tanınan bir qövm yaşayacaq. Onların ləqəbi var. Onlar rafizi adlandırılacaqlar. Onları öldürün, onlar müşrikdirlər”.Sonra yazır: "Hədisin sənəd silsiləsində Həccac ibn Təmim olduğu üçün zəif hesab edilmişdir”. O, İbn Əbu Asimdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ey Əli (ə), sənə müjdə verirəm. Sən və səhabələrin cənnətdə olacaqsınız. Bil ki, səni sevdiyini bildirən qövmlərdən biri İslamdan dönəcəkdir. Onlara rafizi deyiləcək. Onları gördükdə onlarla savaşın. Onlar müşrikdirlər”. Dedim: "Ey Allahın elçisi, onların nişanəsi nədir?” Buyurdu: "Onlar nə cümə, nə də camaat namazında iştirak edərlər. Onlar sələflərə tənə vurarlar” .Sonra yazır: "Şövkani bu hədisi qondarma hədislər sırasında qeyd etmişdir”. Doktor Qifari sözünə davam edərək yazır: "İbn Teymiyyə rafizi sözü keçən hədislərin yalan olduğunu anlamışdır. Çünki rafizi sözü hicri ikinci əsrə qədər işlənmirdi”. Beyhəqi də "əd-Dəlail” əsərində rafizilərin məzəmmət olunduğu hədisi İbn Abbasdan nəql etdikdən sonra yazır: "Bu məzmunda digər hədislər də mövcuddur. Lakin hamısı sənəd baxımından zəifdir”. Buna görə də Əqili bu hədisləri "əz-Züəfa” (zəiflər), İbn əl-Cövzi isə "əl-Mövzuat” (uydurma hədislər) qisminə daxil etmişdir. Şəbİnİn rəvayətlərİnİn tədqİqİİbn Teymiyyə öz kitablarında, xüsusilə "Minhac əs-sünnə” kitabında şiəliyə hücum etmiş, onları nalayiq xüsusiyyətlərlə ittiham etmişdir. O, şiəliyə qarşı ittihamlarında saxta hədislərə istinad etmişdir. Belə rəvayətlərdən biri Şəbinin şiəliyi yəhudilərlə müqayisə etdiyi rəvayətdir. O, yazır: "Əbu Həfz ibn Şahin "əl-Lütf fi əs-sünnə” kitabında Məhəmməd ibn Əbu əl-Qasim ibn Harundan, o, Əhməd ibn Vəlid Vasitidən, o, Cəfər ibn Nəsir Tusi Vasitidən, o, Əbd ər-Rəhman ibn Malik ibn Miğvəldən, o da atasından Şəbinin belə dediyini nəql edir: "Mən sizə azdırıcı meyllərdən uzaq olmağı tövsiyə edirəm. Bunların ən təhlükəsi rafizilərdir. Onlar İslamı öz rəğbətləri ilə qəbul etməmişlər. Onlar İslamı məhv etmək məqsədi ilə qəbul etmişlər”.Bu sözlərdən sonra rafizilərlə yəhudilər arasında oxşar cəhətləri qeyd etməyə çalışır. Lakin bunlar iftiradan başqa bir şey deyil. Onun qeyd etdiyi oxşarlıqlardan birini nəzərdən keçirək. O, yazır: "Yəhudilər Cəbraili alçaltmaq, onun qüsurlu olduğunu önə çəkmək niyyətində idilər. Onlar Cəbrailə düşmən münasibət bəsləyirlər. Rafizilər isə Cəbrailin vəhyi səhvən Məhəmmədə (s) gətirdiyini deyirlər”. Cavab: Birincisi, məlum hədis Şəbidən çoxsaylı sənədlərlə nəql edilmişdir. Sənəd silsiləsində Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduğu üçün zəif hesab edilir. İbn Teymiyyə özü də sonda bu məsələyə toxunur. Bundan başqa çoxlu sayda əhli-sünnə elm adamları, rical alimləri məlum hədisin zəif olduğunu qeyd etmişlər. Belə alimlərdən aşağıdakıları göstərmək olar: Əbu Bəkr Xəlllal "Kitab əs-sünnə” əsərində yazır: "Alimlər Əbd ər-Rəhman ibn Malik ibn Miğvəlin zəif olduğu haqda yekdil rəy irəli sürmüşlər”. Əbu Əli Saleh ibn Məhəmməd yazır: "Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl insanların ən yalançısıdır”. Yəhya ibn Muin yazır: "Mən onu görmüşəm. O, etibarlı şəxs deyil”. Yenə onun haqqında yazır: "O, çox yalançıdır”. Əhməd ibn Hənbəl yazır: "Biz onun hədislərini cırdıq”. Məhəmməd ibn Əmmar Mosuli yazır: "Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduqca yalançı və iftira yaxandır. Buna heç kimin şübhəsi yoxdur”. Əbu Davud Süleyman ibn Əşəs yazır: "O, hədis qondarmaqla məşğul idi”.Bundan başqa Əbu Zəkəriyyə, Əbu Zürə, Cüzcani, Darqutni, Buxari, İbn Hibban, Sədi, Nəsai və digər bir çox əhli-sünnə rical alimləri onun zəif olduğunu qeyd etmişlər. 1İkincisi, İbn Teymiyyə hədisin sonunda onun sənəd silsiləsində Əbd ər-Rəhman ibn Malik ibn Miğvəl olduğu üçün zəif hesab edildiyini bilmiş, lakin bu zəifliyi aradan qaldırmaq üçün yazmışdır: "Bu hədis Əbd ər-Rəhman ibn Malik ibn Miğvəldən müxtəlif vasitələrlə nəql olunmuşdur. Həmin vasitələrin biri digərini təsdiq edir”.Lakin bu yanlış fikirdir. Əbd ər-Rəhmanın zəiflik problemi həll olunası deyil. Çünki sözügedən vasitələrin hamısının sonu Əbd ər-Rəhmanla bitir. Bu problemin həlli üçün onun hədisi atasının vasitəsilə Şəbidən nəql etməsi sübut olunmalıdır. Bu isə İbn Teymiyyənin göstərdiyi yolla sübut oluna bilməz.Üçüncüsü, əgər hədisin doğru olduğunu qəbul etsək belə, Peyğəmbərdən (s) və heç bir səhabədən nəql edilmədiyinə görə mötəbər hesab edilə bilməz. Bu ittihamın rəvayətçisi yalnız Şəbidir. Şəbinin sözü haqqı tanımaq üçün meyar, dəlil ola bilməz. Bundan başqa məlum rəvayət şiəliyə qarşı əsassız ittihamdan başqa bir şey deyil.Dördüncüsü, hədisdə Şəbi şiəliyin ödərlərindən biri kimi göstərilir və hədisin rəvayətçisi ondan soruşur: "Rafizilərin öndərlərindən olduğuna baxmayaraq, onun əleyhinə nə dəlil göstərə bilərsən?” Halbuki Şəbi nəinki şiəliyin öndərlərindən, heç sıravi şiə belə olmamışdır. Bu, Şəbi haqqında ilkin məlumatı olan hər bir oxucuya bəllidir. Onun haqqında yazan heç bir tarixçi şiə olduğunu qeyd etməmişdir. O, qaynaqlarda Əbd əl-Məlik ibn Mərvanın Roma imperatoruna göndərdiyi qasid kimi göstərilmişdir. Hədİsİn məzmununda mövcud olan qüsurlarMəlum hədisin sənəd silsiləsində mövcud olan qüsurları araşdırdıqdan sonra onun məzmununun, şiələrlə yəhudilər arasındakı oxşarlıqlarına tənqidi baxış keçirəcəyik. Bİrİncİ bənzərlİyİn tənqİdİOnun iddiasına görə rafizilər İslam dinini öz rəğbətləri ilə qəbul etməmişlər. Onların İslamı qəbul etməkdə məqsədləri ona daxildən zərbə vurmaqdır. Buna görə də Əli (ə) onları yandırmış və ya digər şəhərlərə sürgün etmişdir. Bunlardan biri Abdullah ibn Səbadır. O, Yəmənin Səna bölgəsindən idi. Əli (ə) onu Sabata sürgün etdi.Cavab: Birincisi, əgər hədisdə məqsəd Abdullah ibn Səbanın tərəfdarlarıdırsa, onlar nə şiə, nə də rafizi olmuşlar. Əgər məqsəd on iki imamlı şiələrdirsə, Əli (ə) onları yandırmamış və ya sürgün etməmişdir. Çünki onlar İmam Əlinin (ə) həqiqi tərəfdarlarıdırlar.İkincisi, on iki imamlı rafizi şiələrin müsəlmanlara zərbə vurmaq məqsədi ilə İslamı qəbul etmələri iddiası yanlışdır. Şiəlik heç bir zaman belə bir məqsəd daşımamışdır. Əgər bu və ya digər məsələnin isbatı üçün sırf iddia yetərlidirsə, eyni iddianı biz də onlara qarşı səsləndirə bilərik. İkinci bəzərliyin tənqidi O, yazır: "Yəhudilər hakimiyyətə ləyaqəti yalnız Davud övladlarında gördülər. Eləcə də şiələr bu ləyaqəti yalnız Peyğəmbərin (s) övladlarında gördülər”. Cavab: Şübhəsiz ki, imamət və xilafət irsi deyil. Yəni irsi olaraq bir xəlifədən onun övladına ötürülmür. Lakin təəssüflər olsun ki, bəzi əhli-sünnə mənsubları şiə əqidəsini yetərincə bilmədiklərindən və ya şiəliyə qarşı bəslədikləri kin üzündən onları imamətin irsiyyət yolu ilə davam etməsinə etiqadlı olmaqda ittiham etmişlər. Guya onların imamətin yalnız Peyğəmbərin (s) övladlarına verilə biləcəyinə etiqad bəsləmələrinin kökündə də bu dayanır. Aşağıda sözügedən ittihama cavab vermək üçün belə bir sualı cavablandırmağa çalışacağıq. Şiələr imamətin irsiyyət yolu ilə davamını qəbul etmədikləri bir halda, nə üçün bu məqamın yalnız həzrət Peyğəmbərin (s) övladlarına aid olduğunu hesab edirlər? Kİtablardan İbarətləri İbn Həzm yazır: "Müsəlmanlar xilafətin irsiyyət yolu ilə davam etmədiyini yekdilliklə qəbul edirlər”. Əbu əl-Qahir Bağdadi yazır: "Bəzi ravəndiyyə firqələri imamətin irsi olması qənaətindədirlər”. Əllamə Hilli "Şərhi-təcrid” əsərində yazır: "Abbasiyyə imamın təyin edilməsinin iki yolunu göstərir: dini dəlil (nəss) və irsiyyət”. Əbd əl-Qahir Bağdadi yazır: "İmamiyyələrin əksəriyyəti imamətin irsiyyət yolu ilə davam etdiyi qənaətindədirlər”. Əbu əl-Həsən Nədəvi yazır: "Təbii ki, Allahın və onun elçisinin hakimiyyət nəzəriyyəsi digər fatehlərin, cəngavərlərin, siyasi liderlərinin fikirləri ilə bir çox baxımdan fərqlənir... fateh, cəngavər və siyasi liderlərin məqsədi dünyaya hökm etmək, müəyyən dövlətlər yaratmaq, irsiyyətə əsaslanan idarəçilik sistemi tətbiq etməkdir. Bu, tarix boyu müşahidə olunan prosesdir”.O, sonda belə bir nəticə alır ki, şiə əqidəsinin imamət və xilafət nəzəriyyəsi Allahın və onun elçisinin hədəfləri ilə uyğun gəlmir. Onlar xilafətin irsi olduğu qənaətindədirlər.O, yazır: "Yəhudi və xristianlar bir baxımdan rafizilərdən üstündürlər. Çünki Yəhudilər dedilər: "Sizin ümmətinizin ən yaxşısı kimdir?” Onlar cavab verdilər: "İsanın (ə) həvariləri (apostollar)”. Rafizilərdən isə "ümmətinizin ən pisi kimdir” - deyə soruşdurqa dedilər: "Məhəmmədin (s) həvariləri”. Onlar Təlhə və Zübeyri nəzərdə tuturdular. Onlara həvarilər üçün Allahdan əfv diləmək əmr olunmuşdu. Onlar isə həvarilərə nalayiq sözlər yağdırdılar.”Cavab: Birincisi, hansı şiə bütün həvari və səhabələrin ümmətin ən pisi olduğunu iddia etmişdir? Şiələr böyük səhabələrə hörmətlə yanaşır və onların İslamın yayılmasındakı zəhmətlərini yüksək qiymətləndirirlər. Bəli, onlar bütün səhabələri ədalətli hesab etmirlər. Çünki bəzi səhabələr böyük səhvlərə yol vermişlər. Biz bu haqda "Şiəşünaslıq və iradlara cavablar” kitabında geniş söhbət açmışıq.İkincisi, şiələrin Təlhə və Zübeyrlə bağlı iradlarına səbəb məlum iki səhabələnin əhdlərinə vəfa qılmamalarıdır. Onlar öz imamlarına etdikləri beyəti sındırıb müsəlmanların haqlı xəlifəsinə qarşı çıxdılar. Bu, inkar edilməsi mümkün olmayan tarixi faktır.Üçüncüsü, hər iki məzhəbin rəvayətlərinə əsasən ümmətin ən bədbəxt və şər adamı Əlinin (ə) qatili Əbd ər-Rəhman ibn Mülcəmdir.Hakim Nişapuri və digərləri özlərinə məxsus sənədlə İmam Əlinin (ə) belə buyurduğunu nəql edirlər: "Ən doğru danışan insan olan həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "(Həzrət (s) əlini gicgahıma sürtərək buyurdu:) Tezliklə buraya zərbə endiriləcək. Qan axıb üzünün tükünü qızardacaq. Bu zərbəni vuran ümmətin ən bədbəxtidir”. Dordüncüsü, Əhli-sünnə mənsubları bəzi səhabələrə qarşı nalayiq sözlər işlədən və onları lənətləyənlərə qarşı olduqca sərt mövqedən çıxış edir, heç bir üzrlərini, hətta nəql etdikləri rəvayətləri belə qəbul etmir, heç bir dəyər vermirlər. Lakin öz düşmənlərinə gəldikdə isə onları olmazın söyüşlərlə yad edirlər.Əhli-sünnə rical alimlərindən Yəhya ibn Muin yazır: "Osmanı və ya Peyğəmbərin (s) səhabələrindən birini söyən kimsə dəccal, fasiq və məlundur. Onun (nəql etdiyi) hədislər yazılmır. Allahın, mələklərin və bütün ümmətin lənəti ona olsun!” Zəhəbi "Mizan əl-etidal” əsərində Yəhya ibn Muinin Təlid ibn Süleyman Əbu İdris Kufi haqqında nəql etdiklərini qeyd edərək yazır: "O, Osmanı söyən yalançıdır. Bir gün divarın üstündə oturub Osmanı söyürdü. Osmanın övladları və onu sevənlər Təlidə hücum çəkib divardan düşürdülər və hər iki ayağını sındırdılar”. Lakin bütün bunlarla yanaşı nasibiləri, gecə-gündüz Əlini (ə) lənətləyən Həriz ibn Osman Rəhəbini etibarlı hesab edir və onun rəvayətlərini nəql edirlər.İbn Hibban deyir: "Həriz hər sübh və axşam çağı Əlini (ə) yetmiş dəfə lənətləyirdi”.

Müsəlmanları kafirlikdə ittiham etməyin yasaq olması

O, sonda yazır: "Qılınclar qiyamətə qədər rafizilərə qarşı sıyrılmışdır”.Cavab: "Müsəlmanların bir hissəsi haqqında bu şəkildə danışmaq böyük Əhli-sünnə alimləri tərəfindən irəli sürülən iddialara ziddir. Çünki onlar qibləyə doğru namaz qılan müsəlmanları sırf günah etdikləri üçün kafirlikdə ittiham etməyi yolverilməz hesab edirlər”.Əbu əl-Həsən Əşəri yazır: "Bizim etiqadımız heç bir qiblə əhlini (qibləyə namaz qılanı) Allahın halalını haram etməyincə etdiyi zina, oğurluq, şərab içmək kimi günahlar ucbatından kafir adlandırmamaqdır. Əhməd ibn Hənbəl Əhli-sünnə etiqadını açıqlayarkən yazır: "Kufə əhalisinə kobud sözlər yağdırmaqdan əl çəkmək lazımdır. Heç kim onları günah etdiyi üçün kafirlikdə ittiham etməməli, İslamdan çıxmış adlandırmamalıdır”. İbn Teymiyyə yazır: "Əhli-sünnə dini, imanı söz və ona əməl etməkdə görməsinə baxmayaraq, heç bir qiblə əhlini sırf böyük günah etdiyi üçün kafirlikdə ittiham etmir. Bu baxımdan əhli-sünnənin etiqadı Xəvaricin etiqadı ilə fərqlənir. Günah edilsə belə iman qardaşlığı öz qüvvəsində qalır”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor