Ay Ruqəyyə |
Müəllif: Admin | Bölmə: --- | Vaxt: 14-11-2014, 00:13 | Şərh sayı: (0) | Baxılıb: 789
Ay Ruqəyyə
Ay Rüqəyya...
Şirin laylan qamçı oldu,
Qara gözlər yaşla doldu,
Gül bənizin nə tez soldu?!
Ay Rüqəyya, ay Rüqəyya!
Ay Rüqəyya, ay Rüqəyya!
***
İsti qumlar beşiyindir,
Həzrət Abbas keşiyindir,
Baban, əmmən nə şirindir...
Ay Rüqəyya, ay Rüqəyya!
Ay Rüqəyya, ay Rüqəyya!
***
Bülbül kimi, dil açardın,
Fidan idin, gül açardın,
Hikmətə bax, nur saçardın –
Ay Rüqəyya, ay Rüqəyya!
Ay Rüqəyya, ay Rüqəyya!
***
Sönəydi Şamın şamları,
Qara gəlsin axşamları,
Zəlil olsun düşmanları –
Ay Rüqəyya, ay Rüqəyya!
Ay Rüqəyya, ay Rüqəyya!
***
Sənə salam olsun deyək!
Gəlib ziyarət eyləyək!
Günahkarıq, nə söyləyək –
Ay Rüqəyya, ay Rüqəyya!
Ay Rüqəyya, ay Rüqəyya!
***
Babandan iltimas eylə,
Bizi bağışlasın, söylə.
Barigahın Zeynəbiyyə -
Ay Rüqəyya, ay Rüqəyya!
Ay Rüqəyya, ay Rüqəyya!
***
Cəbrayılın dərdi çoxdur –
Sızıldayır, günü yoxdur...
Kərbəlada batan oxdur –
Ay Rüqəyya, ay Rüqəyya!
Ay Rüqəyya, ay Rüqəyya
04.01.2009.
Hacı Cəbrayıl Kərbəlalı
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər