Həzrət Rüqəyyə (ə) Şamda |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-12-2015, 01:56 | Şərh sayı: (0) | Baxılıb: 345
Həzrət Rüqəyyə (ə) Şamda
Yezidin qoşunu əsirləri və müqəddəs başları Şamın yaxınlığına gətirdilər və Şama dörd fərsəx qalmış dayandılar. Onlar məqsədlərinə çatdıqları üçün şadlıq edirdilər. Yezidə namə yazıb, əsirləri və müqəddəs başları gətirdiklərini və şəhərə daxil olmaq üçün onun əmrini gözlədiklərin xəbər verdilər.
Əhli beytin (ə) halı çox ağır idi. Onlar Yezid ilə necə üzləşəcək və onun şəmatətlərinə, dil yaralarına necə dözəcəkdilər?
Qasid, Yezidin yanına çatanda, o xəbis məl’un alnına dəsmal bağlamışdı və ayağını teştdə isti suya qoymuşdu, həkim də onu müalicə etməyə məşğul idi. Bir dəstə Bəni Üməyyə məclisdə oturub söhbət edirdilər. Qasid dedi: Gözün aydın, düşməninin başı şəhərə daxil oldu. Yezid məclis əhlini aldatmaq üçün zahirdə dedi: Sənin gözün aydın olmasın. Sonra göstəriş verdi ki, onu zindana salsınlar. Sonra Yezid əmr etdi ki, əhli beyti (ə) üç gün həmin yerdə saxlasınlar, ta şəhəri bəzəmək işi sona çatsın. Sonra əmr etdi ki, cəvahir və qiymətli daş-qaşlardan onun üçün tac və taxt düzəltsinlər, sərkərdələr, başçılar, və şəhərin ağsaqqalları saraya yığılsınlar, şəhər camaatı qoca və cavan, kişi və qadın, fəqir və varlı, gözəl və qiymətli libaslar geyinsinlər, qadınlar özlərinə zinət versinlər və bəzənsinlər. Heç kəs evdə qalmasın. Hamı çalğı aləti götürsün, təbillər çalsınlar, rəqqaslar oynasınlar. Əsirləri cəmiyyət çox olan məhəllə; "Saət" darvazasından gətirsinlər və şəhidlərin başını əsirlərin önündə gətirsinlər, əməvilər və yəhudilər yaşayan mərkəzlərdən keçirsinlər ki, darul-imarəyə çatan yol bir az uzaq olsun və bu məntəqələrin camaatı daha çox tə’nə vura bilsinlər .
Əhli beyti (ə) şəhidlərin kəsilmiş başları ilə birlikdə, içəri daxil olmağa icazə alana qədər Yezidin qəsrinin yanında saxladılar. Əvvəl, imam Hüseynin (ə) başını aparmağa məmur olan Zəcr ibn Qeys məl’un, icazə istədi və Yezidin yanına getdi. Sonra İmam Hüseynin (ə) əhli beytini boyun və ayaqlarında zəncir olan halda Yezidin məclisinə gətirdilər. (İlahi, taqətim kəsildi, bu nə müsibətdir. Ya imam Səccad! Ya Zeynəb! Ya Rüqəyyə!)
Əhli beyt (ə) məclisə daxil olarkən, Yezid məl’un bu şeri oxudu: "Biz, Bədr döyüşündə öldürülənlərimizin sayı qədər, onların böyüklərini öldürdük."
Şəhidlərin müqəddəs başlarını Yezidin məclisinə gətirərkən, şəhidlər sərvəri həzrət imam Hüseynin (ə) mübarək başını qızıl teştdə Yezidin qarşısına qoydular. Bütün ömrünü şərab içməkdə keçirən Yezid, bu halda da yenə şərabın məsti idi və öz düşməninin başını görəndə sevindi.
Əlbəttə, həzrət Zeynəb (ə) öz məntiqli xütbəsi ilə Yezid və bütün yezidpərəstləri rüsvay etdi və əhli beyti (ə) onlara tanıtdırdı, hətta belə ki, bütün məclis əhli imam Hüseynin (ə) məzlumiyyətindən xəbərdar olub, ağladılar və bəziləri, hətta Yezidin öz arvadı, Yezidin əleyhinə qalxdılar, axırda Yezid rüsvay olduğunu görüb, bu işi öz boynundan atıb, ibn Ziyadı bu işdə təqsirləndirdi. (Sonrakı səhifələrdə Həzrət Zeynəbin (ə) Yezidin məclisindəki xütbəsini gətirəcəyik)
Hәdisdә gәlmişdir ki, Musа pеyğәmbәr (ә) Tur dаğınа Tövrаtı аlmаğа gеdәndә Sаmiri оnun оlmаmаğındаn istifаdә еdib özündәn sәs icаd еdәn bir buzоv düzәltdi. О, bu yоllа Musаnın (ә) tәrәfdаrlаrının çохunu kаfir еtdi. Musа (ә) bu işinә görә оnu öldürmәk istәdi. Аmmа хitаb gәldi:
ا"Еy Musа! О, bәndәlәrimi аzdırsа dа, çох sәхаvәtli bir şәхsdir. Оnа görә dә оnu öldürmә.”
"Pеyğәmbәrdən (s) sоruşdulаr: Әn yахşı әmәl nәdir? Buyurdu: Sәхаvәt vә хоş әхlаq. Әgәr bunlаr sizdә оlsа, nicаt tаpаrsınız.”
Yәmәndәn bir dәstә insаn Pеyğәmbәrin (s) hüzurunа gәldi. Оnlаrın аrаsındаn bir nәfәr әdәbsizlik еtdi. Pеyğәmbәr (s) qәzәblәndi. Bu vахt Cәbrаil Pеyğәmbәrə (s) nаzil оlub dеdi: Аllаh sәnә sаlаm göndәrir vә buyurur: "Bu kişi çох sәхаvәtlidir vә insаnlаrа yеmәk vеrir.” Pеyğәmbәr (s) sаkitlәşdi vә оnа buyurdu: Әgәr Cәbrаil sәnin sәхаvәtli оlduğunu dеmәsәydi, sәninlә çох pis rәftаr еdәrdim ki, insаnlаrа ibrәt оlsun. Kişi dеdi: Mәgәr sәnin Аllаhın qоnаqpәrvәrliyi sеvir? Buyurdu: Bәli. Kişi hәmin аn müsәlmаn оldu. Vә Pеyğәmbәrə (s) dеdi: Sәni mәbus еdәn Аllаhа аnd оlsun, indiyә qәdәr hеç kimi әlibоş yоlа sаlmаmışаm.
İmаm Sаdiq (ә) buyurub:
"Günаhа qәrq оlmuş sәхаvәtli bir cаvаn, Аllаh yаnındа bir pахıl qоcа аbiddәn üstündür.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər