Müsəmma əcəl nədir? |
Müəllif: L-e-y-l-a | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 20-12-2015, 13:55 | Şərh sayı: (0) | Baxılıb: 452
Müsəmma əcəl nədir?
Sual 30: Müsəmma əcəl nədir?
Cavab: «Ənam» surəsinin 2-ci ayəsində buyurulur: «Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də vardır».
Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl. Başqa ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm, əcəl isə qeyri-təbii ölümdür.
Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu lampanı bircə saatdan sonra da söndürə bilər.
Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez yoxlamaqla gecikdirmək olar. Amma təbii ölümün vaxtını dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur: «Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər»(«Əraf» surəsi, ayə 34. ).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər