"O (Allah) ki, ölümü və həyatı yaratdı" |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 16-02-2015, 00:26 | Şərh sayı: (0) | Baxılıb: 723
"O (Allah) ki, ölümü və həyatı yaratdı"
Hər canlının həyatı və ölümü, Allahu Təalanın yaratması və təqdir etməsiylədir. Heç bir kimsəyə təqdir olunmuş vaxtından əvvəl həyat verilməz və yenə heç bir kimsə əcəli gəlmədikcə ölməz. Əcəl gəlincə də bir saniyə olsun daha yaşaya bilməz. Necə ki, Qurani-Kərimdə: "Halbuki Allah bir nəfsi əcəli gəldiyi zaman əsla te'hîr buyurmaz..." (Munafiqun surəsi, ayə 11) buyurulmuşdur.
Dirildən də, öldürən ancaq Allahu Təaladır. Mahlûkatının bir qisimini həyat sahibi olaraq yaratmış və xüsusilə insanları imtahan üçün bu aləmə gətirmişdir Necə ki Mülk surəsinin ikinci ayəsində tərcümə olaraq: "O ki: ölümü və həyatı yaratdı, hansınızın əməlcə daha gözəl olduğunuzu imtahan üçün." buyurulmuşdur.
İnsanın əcəli müəyyən vaxt olduğu kimi insanlardan meydana gələn cəmiyyətlərin də Allah qatında müəyyən bir nəhayəti vardır. Hər millət, hər birlik nə qədər yaşayırsa yaşasın: "Hər ümmət üçün bir əcəl vardır. Artıq əcəli gəldiyi bir an öncə də qalmazlar, önə də keçə bilmirlər." (Ə'RAF, 34) ayəti-i kəriməsində buyurulduğu üzrə bir gün nəhayət tapacaq.
Əcəl, hər həyat sahibinin ölümü üçün Allahu Təalanın təqdir buyurmuş olduğu müəyyən bir vaxtdır. Hər kimin bir əcəli vardır. Ölüm səbəbləri dəyişsə də əcəl dəyişməz. Öldürülən də Allah tərəfindən təqdir olunan əcəliylə vəfat edər. Mərtəbəli hərəkətinin dərhal sonra ölümü yaratmaqda bir ilahi adətdir. Cənabi-Allah, öldürmə hərəkətinin zamanını əzəldə bildiyi üçün əcəlini eləcə təqdir buyurmuşdur. Yoxsa qatil, ölənin həyat müddətini əksiltmiş deyil.
"Həm Allahın izni olmadıqca kimsəyə ölmək yoxdur, o vaxtilə yazılmış çaşmaz bir yazı" (Ali-İmran Surəsi, ayə 145) kimi qəti dəlil vardır. O halda ömrün kiçildiyini inanmaq doğru deyil. Qatillərin məsuliyyəti isə təqdir-i ilahi nə olduğunu bilmədiyi halda qadağan olan öldürmə hərəkətinə cürət edərək fəsada alət və ilahi qəza o surətlə zühuruna səbəb olduğundan ötürüdür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər