İmam Əli (ə) haqqında möhtəşəm bir əsər |
Müəllif: L-e-y-l-a | Bölmə: Poeziya | Vaxt: 20-04-2016, 21:43 | Şərh sayı: (0) | Baxılıb: 487
İmam Əli (ə) haqqında möhtəşəm bir əsər
Ey təbi-rəvanım gəl, bu sirəti Heydərdir,
Bir şahi-müəzzəm ki, şahlar ona çakərdir,
Bu nəşəli bir gündür, eşq əhli səfərbərdir,
Susmaz belə bir gündə hər təb ki hünərvərdir,
Bu şaha şeir yazmaq bir taəti digərdir,
Mən bir elə mövlanın haqqənda dil açdım ki,
Övsafı elə bilmə hər təbə müəssərdir,
O zati-mütəhhərdir, o aləmə zivərdir,
Sanma ona bir kimsə dünyada bərabərdir.
O hər şeyə vaqifdir, o hikmətə daradır,
Hər sirrdən agahdır, hər fənndə danadır,
O əsli həqiqətdə hər sahədə əladır,
Tərifinə hacət yox, gün kimi hüveydadır,
O təxti-imamətdə mövlalara mövladır,
Kim Kəbədə dünyaya izzətlə qədəm qoydu?
Kim Fatiməyə həmsər damadi-peyğəmbərdir?
O hüccəti Davərdir, o sahibi mənbərdir,
Sanma ona bir kimsə dünyada bərabərdir.
O elmi fəzilətdə fərzanələrin şahı,
Şəmi-ruxi cananda pərvanələrin şahı,
O hər iki dünyadə rindanələrin şahı,
O şiri-Xuda Heydər mərdanələrin şahı,
Diqqətlə Nəzər salsan, şəksiz görəcəksən ki,
Meydanı-şücaətdə bir şiri-dilavərdir,
O cəngidə bir ərdir, o rəzmidə əjdərdir,
Sanma ona bir kimsə dünyada bərabərdir.
Göstərdi böyük mərdlik dava günü xeybərdə,
Gah xeyməsi meydanda, gahi yeri mənbərdə,
Abidlərə mövladır, əsgərlərə sərkərdə,
İslam keşiyində ömr eylədi səngərdə,
Peyğəmbərə bu yolda, dağ kimi dayaq durmuş,
O ləşkəri islama sərdari-sərəskərdir,
O miri-qəzənfərdir o fatehi-xeyberdir,
Sanma ona bir kimsə dünyada bərabərdir.
Göftarının ariflər yeksər hamı heyranı,
Yox surətinin misli, axtarma bu dünyanı,
Rüxsarına nisbətdə tutma güli-xəndanı,
Bihudə, əbəs gəzmə hər bağı-gülüstanı,
Verməz telinin ətrin bağın güli, reyhanı,
Yekta yaradıb tanrım, yox nisbəti aləmdə,
Gülzarı-məlahətdə bir incə güli-tərdir,
O, qaməti ər-ərdir, o sərvi sənubərdir,
Sanma ona bir kimsə dünyada bərabərdir.
Arifləri lal etdi göftarı bəlağətdə,
Adillərə örnəkdir insafı-ədalətdə,
Hatəmləri mat eylər izharı-səxavətdə,
İxlas ilə can qoydu Allahə ibadətdə,
Cananına can verdi mehrabı-itaətdə,
Allah onu islama bir rahı-nüma vermiş,
Möminlərə rəhbərdir, aşiqlərə sərvərdir,
O heydəri-səftərdir, o saqeyi-kövsərdir,
Sanma ona bir kimsə dünyada bərabərdir.
Ey bağladığı əhdin qurbanı, fədakarı,
Səhrayı məhəbbətdə üşşaqı-vəfadarı,
Ey əhli qəmin yarı, həmsöhbəti, qəmxarı,
Məzlumilərin daim həmdərdi, havadarı,
Ey ümməti islamın məhşərdə xilaskarı,
Can qoymağa eşqində, söz açmağa vəsfində,
Bir şairi misgin var, dildə adın əzbərdir,
O Mahiri- müstərdir, o çakəri-qənbərdir,
Sanma ona bir şair vəsfində bərabərdir
. Ey təbi-rəvanım gəl, bu sirəti Heydərdir,

Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər