Vəhhabilər, Allahdan başqası ilə dostluğu şirk sayırlar |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-10-2015, 16:03 | Şərh sayı: (0) | Baxılıb: 402
Vəhhabilər, Allahdan başqası ilə dostluğu şirk sayırlar
Vahabi məzhəbi, necə ki, "Tövhid risalələrinin toplusu” kitabında deyilir, şirkin növlərindən birini-"dostluq şirki” hesab edir və bu ayəyə əsaslanırlar: "İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevən də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir” (Bəqərə-165).
Məsələ bundadır ki, onların şirk saydıqlarının bu mənada olması bəlli deyil. Çünki, onların dediyi kimi, Allahdan qeyrisi ilə dostluq etmək şirk hesab olunursa, onda belə çıxır ki, bütün müsəlmanlar müşrikdirlər. Müsəlmanlar öz atalarını, övladlarını, var-dövlətlərini və dostlarını sevirlər. Heç bir şəri əsas yoxdur ki, belə insanları müşrik adlandıraq. Və heç kəs onların müşrik olduğu qənaətinə gəlməmişdir. Mümkündür ki, belə desinlər: Allahdan qeyrisini sevmək, peyğəmbərlərə və övliyalara pərəstiş etməyə aparıb çıxarır. Biz isə deyirik: Peyğəmbər(s) və imamlara olan məhəbbət bu həddə çatmır və "Ğulat”lardan121 başqa heç kəs bu fikirdə deyil. Peyğəmbər(s) və İmamı sevən heç bir müsəlman onlara pərəstiş məqsədi güdmür. Müsəlmanlar Peyğəmbər(s) və imamları, onların Allaha bağlı olduqları üçün sevir və heç bir müsəlman onları Allah hesab etmir. Ona görə də Peyğəmbər(s) və imamlar haqqında Allah nə deyibsə, müsəlmanlar da onu deyirlər. Məsələn, Allah Peyğəmbər(s) və imamlara müqərrəblik və şəfaət imtiyazını verib, müsəlmanlar da bunu qəbul edirlər. Qəribə burasıdır ki, vahabilərdən: "Siz Peyğəmbəri(s) sevirsinizmi?”-deyə, soruşduqda onlar müsbət cavab verir, lakin bunu şirk hesab etmirlər. Amma məlum deyil nə üçün vahabi olmayanlar hansısa peyğəmbər yaxud imamı sevəndə müşrik olurlar?!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər